Alternative content

11:00 05 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
00:32 05.12.2020 Əbədiyyət məqamı
00:30 05.12.2020 İlham Əliyevin zəfəri
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:17 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
00:16 05.12.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti tövsiyələri ilə deputatlar qarşısında yeni vəzifələr irəli sürmüşdür
Azərbaycan Prezidenti tövsiyələri ilə deputatlar qarşısında yeni vəzifələr irəli sürmüşdür
ANA SƏHİFƏ / PARLAMENT
00:55 20.05.2020


Sahibə QAFAROVA: "Ən mühüm vəzifələrdən biri budur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı və seçicilərlə daim təmasda olmalıdırlar”


Mayın 19-da Milli Məclisin plenar iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova parlament Aparatının rəhbəri və digər məsul şəxsləri ilə birlikdə mayın 15-də Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə görüş keçirdiyini bildirdi.


Deputat köməkçilərinin üzərinə böyük məsuliyyət düşür


"Görüşdə yeni təyin edilmiş köməkçilərin fəaliyyət istiqamətləri və vəzifələri barəsində geniş fikir mübadiləsi aparıldı. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev altıncı çağırış Milli Məclisin birinci iclasında söylədiyi proqram xarakterli nitqində parlamentin fəaliyyətinin yol xəritəsini müəyyən etmişdir. Dövlət başçısı öz tövsiyələri ilə biz deputatların qarşısında yeni vəzifələr irəli sürmüşdür. Ən mühüm vəzifələrdən biri budur ki, deputatlar seçildikləri dairələrdə fəal iş aparmalı, seçicilərlə daim təmasda olmalıdırlar. İnsanları narahat edən məsələlərin aşkara çıxarılması və dövlət orqanları qarşısında qaldırılması deputatlıq fəaliyyətinin ən vacib istiqamətlərindən birini təşkil etməlidir. Deputatın vəzifə və səlahiyyətlərinin dolğun şəkildə həyata keçirilməsində deputat köməkçilərinin üzərinə böyük məsuliyyət düşür. Yəqin mənimlə razılaşarsınız ki, biz köməkçilərimizdən yüksək bilik və bacarıqla yanaşı, təşəbbüskarlıq və fəallıq da gözləyirik”, - deyən Sahibə Qafarova bu cür görüşlərin ümumi işin xeyrinə olduğunu və bunları davam etdirməyin vacibliyini diqqətə çatdırdı.


Xalqın aşağılanması ilə bağlı məsuliyyət sərtləşdirilməlidir


İclasda bir sıra məsələlərlə bağlı fikirlər də səsləndi. Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov diqqəti "milli şura” adlanan qurumda səslənən fikirlərə yönəldərək dedi ki, Azərbaycan xalqını və dövlətini aşağılayan ifadələrin işlədilməsi cinayət məsuliyyəti ilə ölçülməli və qanunların müddəaları bu baxımdan daha da sərtləşdirilməlidir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev respublikamızda koronavirusla mübarizə sahəsində görülən işlərdən söz açdı. Qeyd etdi ki, Azərbaycan koronavirusla mübarizədə ən uğurlu nəticələr əldə edən dövlətdir.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dedi ki, dövlət sirlərini təkcə təhlükəsizlik orqanları qorumalı deyil. İndi artıq istefada olan və mühüm dövləti məlumatlara bir vaxtlar çıxış səlahiyyəti qazanan adamların hazırkı məsuliyyətindən də bəhs etmək daha önəmlidir. Dərin təhlillər göstərir ki, Azərbaycan dövlətinin siyasi, hərbi və milli təhlükəsizliyinə aid olan məlumatlar açıq informasiya məkanına çıxarılmaqda davam edir. Hakimiyyətə düşmən kəsilən qüvvələrin çıxışlarında, yaxud adi blogger yazılarında kod altında olan məlumatların izi açıqca görünür. Bunların cinayət əməlləri olduğunu deyən Zahid Orucun sözlərinə görə, bütün sabiq vəzifə adamlarına təkrarən məlumatların yayılmamasına dair öhdəlik aktları imzalatdırmaq məqsədəuyğun olardı.


Bəzi Qarabağ erməniləri Azərbaycan sərhədləri çərçivəsində yaşamaq istədiklərini bildiriblər


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər sırasında Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də var.
Bunu isə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri, deputat Tural Gəncəliyev bildirdi. Onun sözlərinə görə, bəzi ermənilər Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına müraciət edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Azərbaycan Konstitusiyasına uyğun şəkildə bir yerdə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər. "Həmin ermənilərə müraciət edərək bildirirəm ki, onlar özləri kimi rasional düşünən digər erməni sakinləri də öz ətraflarında birləşdirməli və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində sülh şəraitində yaşamaq üçün tezliklə hərəkətə keçməli və işğalçı Ermənistan qüvvələrinin, işğalçı rejimin oradakı mövcudluğuna son qoymalıdırlar”, - deyə Tural Gəncəliyev diqqətə çatdırdı.


Siyasi zərbə alan Paşinyanın sayıqlaması


Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan gerçəklərinin dünyada daha çox yayılmasının vacibliyindən danışdı. Qeyd etdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığının faktlarla üzə çıxmasından sonra ermənilərin Azərbaycan tarixinə qarşı hücumları artıb. Biz buna qarşı da mübarizəmizi artırmalıyıq. Ermənilərin faşistlərə müsbət münasibəti Qaregin Njdeyə qoyulan heykəllə, Paşinyanın babası ilə bağlı çıxan sənədlərlə bir daha təsdiq olundu. Cümhuriyyət tariximizə qarşı ermənilərin hücumlarına diaspor tərəfindən yüksək səviyyədə cavab verilməlidir.
Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli Ermənistan mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Paşinyanın babası ilə müqayisə olunmasına münasibət bildirdi. Onun sözlərinə görə, bütün bunlar Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alan baş nazir Nikol Paşinyanın sayıqlamasıdır: "Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Paşinyan faşistlərə özü müraciət edib və əsir düşüb, faşistlərdən nəsə qoparmaq istəyib. Amma Rəsulzadəni dəvət ediblər, kommunizmin əleyhdarı kimi ona əməkdaşlıq təklif ediblər. Lakin Rəsulzadə "Azərbaycan müstəqil olmalıdır”, - deyəndə cavab verilib ki, "ölkəni tərk etməlisən”.
Deputatlardan Fazil Mustafa, Naqif Həmzəyev bir sıra digər məsələlərlə bağlı təkliflərlə çıxış etdilər.


İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi


Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi. Məlumatı Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov diqqətə çatdırdı.
Qeyd olundu ki, ölkəmizdə insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiə olunması imkanlarının genişləndirilməsini təmin edən mükəmməl qanunvericilik bazası formalaşıb. İnsan alverinə qarşı mübarizədə hökumət tərəfindən də bir sıra mühüm qərarlar qəbul edilib, bu cinayətlərdən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb.
Ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işləri aparılıb. Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb.
Məcburi əməyin qarşısının alınması, bu əməllərə şərait yaradan halların aradan qaldırılması istiqamətində də lazımi tədbirlər həyata keçirilir. Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı, ümumilikdə, 454.000 manat inzibati cərimə tətbiq edilib. Vurğulandı ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb. Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
2019-cu ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü işlər aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, ikisi əcnəbidir. Zərərçəkənlərə tibbi, psixoloji və hüquqi yardımlar göstərilib.
Məsələ ilə bağlı komitə sədrləri Zahid Oruc, Tahir Rzayev, Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Cavid Osmanov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Məşhur Məmmədov, Fəzail Ağamalı və Səttar Möhbalıyev fikirlərini bildirdilər, insan alverinə qarşı həyata keçirilən tədbirləri yüksək qiymətləndirdilər. Çıxış edənlər həmçinin Azərbaycan polisinin karantin günlərində, koronavirusla mübarizə tədbirlərində özünün xidməti borcunu ən yüksək səviyyədə və peşəkarlıqla həyata keçirdiyini qeyd etdilər.
Milli Məclisin Sədr müavini Adil Əliyev ölkəmizdə insan alverinə qarşı səmərəli tədbirlərin həyata keçirildiyini deyərək, illik məlumatın müfəssəl hazırlandığını qeyd etdi. Adil Əliyev həmçinin polislərin pandemiya dövründəki fəaliyyətinin də yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Yekunda Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov çıxışlarda qeyd olunan məsələlərə münasibət bildirdi və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq nəzərə alındı.


Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydası dəyişir


Fasilədən sonra işini davam etdirən ali qanunverici orqan parlamentə bir məktubda daxil olan 6 məsələ - Cinayət-Prosessual Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Turizm haqqında”, "İstehsalat və məişət tullantıları haqqında”, "Heyvanlar aləmi haqqında”, "Ekoloji təhlükəsizlik haqqında”, "Bələdiyyələrin su təsərrüfatı haqqında” və "Ətraf mühitə dair informasiya almaq haqqında”, Vergi Məcəlləsində, "Qiymətləndirmə fəaliyyəti haqqında” və "İcra məmurları haqqında”, "Təhsil haqqında” və "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarıldı.
Sənədlərlə bağlı məlumat verən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda ediləcək dəyişiklikdə hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydasının dəyişməsi təklif edilir. Dəyişikliyə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi barədə məlumatlar da dövlət reyestrinə daxil ediləcək.
"Turizm haqqında” qanuna və Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsində yeni prosedur qaydaları qanunvericiliyə daxil edilir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli fərmanı ilə "ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib, elektron viza birdəfəlik və çoxdəfəlik elektron vizalara bölünüb. Müəyyən edilib ki, birdəfəlik və çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilir.
Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə real vaxt rejimində "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılacaq, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza veriləcək.
"Ətraf mühitə dair informasiya almaq haqqında” qanunda nəzərdə tutulmuş dəyişikliyə əsasən isə, ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar açıqlanacaq.
"Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə tutulan
15 manat dövlət rüsumu ləğv edilir. "Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə, təhsil müəssisəsinin akkreditasiyasına görə bu qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək.
6 sənəd ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda həmçinin "Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bir oxunuşda müzakirəyə çıxarılaraq təsdiqləndi.


Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi gücləndirilir


Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırdı ki, gündəlikdəki 8-17-ci sənədlərə təklif olunan dəyişikliklər əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlıdır. Qanun layihələrinə təklif olunan dəyişikliklər texniki və uyğunlaşdırma xarakteri daşıyır və sənədlər bir oxunuşda müzakirə edilib qəbul olunacaq.
"Əlillərin sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, dəyişikliklə "Əlillərin sosial müdafiəsi haqqında” qanunun qüvvəyə minməsi barədə” Milli Məclisin 1992-ci il 25 avqust tarixli 285 nömrəli Qərarı ləğv edilir.
"Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edən digər dəyişikliyə əsasən, qanunda "əlil” ifadəsi əvəzinə "əlilliyi olan şəxs”, "əlillik qrupu” ifadəsi əvəzinə "əlillik dərəcəsi”, "qüsur” sözü əvəzinə "pozuntu” sözündən istifadə ediləcək.
Bu qanun layihəsinə uyğunlaşdırılan 10 sənəd ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarıldı. Sənədlə bağlı məlumat verən deputat Nizami Səfərov bildirdi ki, dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilməsi təklif olunur. Təklif edilən yeni maddəyə əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətlər və cərimələr müəyyən edilib.
Deputatlar dəyişikliyə müsbət münasibət bildirdilər.


Daha çox ailə ünvanlı sosial yardımdan faydalana biləcək


Gündəliyin sonuncu məsələsi "Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi idi. Sənədi birinci oxunuşda təqdim edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, ilin əvvəlində Prezident İlham Əliyev ünvanlı sosial yardıma daha çox insanların cəlb edilməsi üçün hökumətə tapşırıqlar verib. Dəyişikliklərin hamısı mütərəqqi xarakter daşıyır: "Bu, vətəndaşların ünvanlı sosial yardım alması üçün şərtlərin stimullaşdırılmasına xidmət edir. Ünvanlı sosial yardımın yalnız qeydiyyat yeri üzrə təyin olunması hissəsi bu layihə ilə ləğv edilir. Layihə qəbul edildikdən sonra faktiki yaşadığı ünvan nəzərə alınmaqla, ünvanlı sosial yardım almaq üçün müraciət oluna biləcək. Həmçinin yeni layihə ünvanlı sosial yardımla bağlı neqativ təşəbbüslərin aradan qalxmasına xidmət edəcək. Artıq daha çox ailə ünvanlı sosial yardımdan faydalana biləcək. Yeni layihədə müsbət məqamlardan biri də ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan tələb olunan sənədlərin sayının minimuma endirilməsidir. Artıq müraciət edən şəxs sadəcə ailə tərkibi haqqında məlumat verməli olacaq və digər sənədlər elektron qaydada bazadan götürüləcək. Bu layihə qəbul ediləndən sonra Nazirlər Kabinetinin ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı qaydalarında da dəyişiklik edilməsi nəzərdə tutulur. Buna əsasən artıq götürülən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq”.
Dəyişikliyə əsasən qanunun 9-cu maddəsinin (Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər) 9.0.1-ci bəndində "qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində” sözləri "ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud
18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində” sözləri ilə əvəz edilir.
Müzakirələr zamanı çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, ünvanlı sosial yardımın verilməsindənsə sahibkarlığı inkişaf etdirmək daha yaxşı olardı: "5 rayonda icra hakimiyyəti rəhbərlərinin həbsi sübut etdi ki, biz bu problemdən qurtulmaq üçün sahibkarlığı inkişaf etdirməliyik. Yaşam şəraitini yaxşılaşdırmaq və bu problemlərdən qurtulmaq üçün sahibkarlığın inkişafı daha məqsədəuyğundur”.
Deputatlardan Əli Məsimli, Qüdrət Həsənquliyev, Aqiyə Naxçıvanlı, Azər Badamov, Jalə Əliyeva, Vüqar Bayramov, Azay Quliyev, Tahir Kərimli çıxış edərək dəyişikliklərin mütərəqqi xarakter daşıdığını və ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsinin vacibliyini bildirdilər. Deputatlar həmçinin digər müxtəlif təklifləri də irəli sürdülər.
Sənəd səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.
Sonda Milli Məclisin Sədri Sahibə Qafarova qarşıdan gələn Ramazan bayramı və Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi və parlamentin plenar iclası başa çatdı.

Rəşad CƏFƏRLİ,
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”,
Fotolar Şamil Talıbovundur




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM