20 May 2020 00:21
841
CƏMİYYƏT
A- A+

“İrəli” İctimai Birliyinin VII hesabat-seçki konfransı olub


Mayın 19-darəli” İctimai Birliyinin onlayn formatda hesabat-seçki konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, 300-ə yaxın gəncin qatıldığı videokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının, media qurumlarının rəhbər şəxsləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

"İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda fəallıqlarının artırılmasına xüsusi diqqət yetirir. Hesabat dövründə "İrəli” İctimai Birliyinin vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq dəyərlərinin təbliği üzrə onlarla müxtəlif layihə çərçivəsində 22 min 600-dən çox gənci əhatə edib. Qeyd olunub ki, yeni növ koronavirus pandemiyası şəraitində fəaliyyətini virtual məkanda davam etdirən "İrəli” İctimai Birliyi onlayn formatda üç böyük silsilə layihə həyata keçirib. Təşkilatın VII hesabat-seçki konfransı da bu onlayn fəaliyyətin daha bir nümunəsidir.

Hesabat məruzəsindən sonra təşkilatın İdarə Heyətinə seçki keçirilib. Namizədlər haqqında təqdimat nümayiş olunub və səsvermə prosesi başlayıb. İdarə Heyətinin üzvləri təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə "İrəli” İctimai Birliyinin İdarə Heyətinin yeni sədri seçilib.

Göstərilən yüksək etimada görə "İrəli” İctimai Birliyinin kollektivinə təşəkkür edən Şahin Rəhmanlı daim gənclərin yanında olacağını, bundan sonra da peşəkar komanda ilə ictimai birliyin uğurları üçün çalışacağını bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin bilik və bacarıqlarını, elmi potensialını səmərəli şəkildə reallaşdırmalarını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edir, ölkəmizin dayanıqlı inkişafını şərtləndirir.

Qeyd olunub ki, bu yaxınlarda dövlət başçısının sərəncamı "İrəli” İctimai Birliyinin İdarə Heyətinin sabiq sədri Mirhəsən Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması "İrəli” İctimai Birliyinin və ümumilikdə bütün gənclərin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Bu qiymət və diqqətə görə ölkə başçısına "İrəli” İctimai Birliyinin üzvləri adından minnətdarlığını bildirən Şahin Rəhmanlı vətənpərvər ölkə gənclərini ictimai fəallığa, təşəbbüskarlığa, sağlam həyat tərzi keçirməyə və daim dövlətçiliyimizin keşiyində durmağa səsləyib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova çıxışlarında "İrəli” İctimai Birliyinin uğurlu fəaliyyətindən bəhs ediblər. Çıxış edənlər "İrəli” İctimai Birliyinin yeni sədri Şahin Rəhmanlını təbrik edib, birliyin bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov "İrəli” İctimai Birliyinin daim ölkəmizin maraqlarını ön planda saxladığını, gənclərə düzgün istiqamət verərək onların milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmağa çalışdığını vurğulayıb. İdarə Heyətinin yeni üzvlərini və təşkilatın sədri Şahin Rəhmanlını təbrik edən M.Seyidov İctimai Birliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Sonda "İrəli” İctimai Birliyinin üzvlərinə təşkilatın işində fəal iştirak, "İrəli”nin dəyər və prinsiplərini fəal təbliğ etməklə bağlı çağırış ünvanlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video