19 May 2020 16:21
2638
İDMAN
A- A+

Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib


Bütün dünyanı bürüyən yeni koronavirus (COVID-19) infeksiyası ölkəmizdə də bir sıra çətinliklər yaradıb. Azərbaycanda koronavirusla bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar insanlara mümkün qədər evdə qalmaq tövsiyə olunub. Lakin böyüməkdə olan gənc nəslin nümayəndələri sayılan uşaqlarımız, gənclərimiz həmişə olduğu kimi, idman və yaradıcılıqla məşğul olmaq həvəsindədir. Bununla əlaqədar "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın (OCEP 2020) ekspertlər qrupu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə keçirməyi qərara alıb.

MOK-dan AZƏRTAC-a bildiriblər ki, evdə idman və bədii qiraət üzrə onlayn müsabiqə məktəblilərin sağlamlığını və virusa qarşı mübarizəni gücləndirmək, evdə olduqları müddətdə uşaqların yaradıcılıqları ilə koronavirusla mübarizədə qalib gəlmək hisslərini artırmaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaq və onların yaradıcı potensiallarını inkişaf etdirmək məqsədilə təşkil olunacaq.

Məktəblilərin ev şəraitində asudə vaxtlarını səmərəli və faydalı keçirmələrinə xidmət edəcək müsabiqə iki nominasiya üzrə keçiriləcək. Evdə idman (atletik və ya gimnastik hərəkətlər) nominasiyası üzrə çəkiləcək videonun müddəti 1-2 dəqiqə olmalıdır. Çəkiliş zamanı hərəkət aydın görünməlidir. Qiymətləndirmə videonun keyfiyyətinə, məktəblinin hərəkəti düzgün icra etməsinə və hərəkətin çətinlik dərəcəsinə görə aparılacaq. Bədii qiraət nominasiyası üzrə isə ifaçı bədii qiraət nümunələri ilə (şer, monoloq, əsərdən parça, mahnılar) çıxış edə bilər. Azərbaycan və ya rus dilində çıxışlardan çəkilən video 3 dəqiqədən çox olmamalıdır. Qiymətləndirmədə düzgün tələffüzə, seçilmiş geyim qaydasına, jest, mimika, səs tonu, təqdimetmə bacarığı və video keyfiyyəti nəzərə alınacaq.

Videoların qəbulu iyunun 5-dək davam edəcək. Qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırılması iyunun 15-23-nə təsadüf edəcək.

Qızlar və oğlanlar hər biri iki nominasiya üzrə üç yaş qrupunda (8-10, 11-13 və 14-16) yarışacaqlar. Müsabiqəyə təqdim olunan işlər MOK, Təhsil Nazirliyi və OCEP ekspertlər qrupunun üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video