19 May 2020 00:26
1531
ELANLAR
A- A+

Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin proqram platformalarının dəstəklənməsi ilə bağlı tenderlərin nəticələrinə dair bildiriş


"Azərbaycan” qəzetinin 12 mart 2020-ci il tarixli nömrəsində elan edilmiş və elektron satınalmaları proseduru çərçivəsində keçirilmiş açıq tenderlərin nəticələrinə görə Tender komissiyasının 17 aprel 2020-ci il tarixli qərarına əsasən aşağıdakı şirkətlər tenderlərin qalibləri müəyyən edilmişdir:

1. Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin proqram platformasının dəstəklənməsi üzrə - "Sinam” şirkəti.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsi üzrə - "Sinam” şirkəti.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformasının dəstəklənməsi üzrə - "Sinam” şirkəti.

4. Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin proqram platformasının dəstəklənməsi üzrə - "R.İ.S.K.” Elmi İstehsalat Şirkəti.

Qalib şirkətlərlə müvafiq satınalma müqavilələri imzalanmışdır.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video