18 May 2020 19:37
1878
Elm və texnika
A- A+

Alimlər: Beyin hərfləri kor-koranə görə bilər


Kor insanların əksəriyyətində görmə qabiliyyətinin itməsi ya gözdəki, ya da görmə sinirindəki problemlə əlaqədardır. Yəni, beyin qaydasında olur və hansısa siqnalları qəbul edə bilər.

AZƏRTAC "Nauka i jizn” saytına istinadla xəbər verir ki, neyrobioloqların fikrincə, elektrod implantların köməyilə görmə nahiyəsini bilavasitə stimullaşdırmaq olar və kor adam da nəyisə görə bilər. Bu yolla mürəkkəb peyzajı modelləşdirmək çətin olsa da, hərfləri modelləşdirmək tam mümkündür. Aparılan eksperimentlərdə yanaşma adətən belə olub: hər elektrod vahid piksel rolunu oynaya bilər, beyin qabığına implant edilmiş elektrod-piksellər kompleksi isə hərfin təsvirini yaratmalıdır. Eksperiment zamanı elektrodların hamısı bir yerdə işə salınıb və nəticədə beyin hərfi deyil, aydın olmayan təsviri görüb.

Beylor Universitetindən olan tədqiqatçılar isə məsələyə başqa cür yanaşıblar: elektrodları eyni vaxtda deyil, bir-birinin ardınca (şəkil çəkirmiş kimi) işə salıblar və beyinin görmə nahiyəsində sanki hərfin şəkli tədricən çəkilib. Eksperimentdə iştirak edən kor adamlar davamlı elektrod siqnalların köməyilə beyində hiss etdikləri fiquru sensor ekranda barmaqları ilə çəkə biliblər. Yəni davamlı elektrod siqnalları beyində hər hansı fiquru "görməyə” kömək edib. Təcrübədə sadə simvollardan, C, W və U kimi hərflərdən istifadə edilsə də, alimlərin fikrincə, beyinə daha mürəkkəb təsvirləri ötürmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video