18 May 2020 17:16
2577
İDMAN
A- A+

“Neftçi” klubunun məhsuldarlıq rekordları


Azərbaycan Premyer Liqasının cari mövsümündə ən çox qol vuran komanda "Qarabağ”dır. Çempionatın lideri 20 oyunda 34 dəfə fərqlənib.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, yarışın 28 illik tarixində isə bundan üçqat yüksək nəticəyə də təsadüf olunur. 1992-ci ildən keçirilən çempionatın mütləq rekordu elə həmin ildə qeydə alınıb. "Neftçi” mövsümü – 104 qolla başa vurub. Həmin çempionatda daha bir komanda – Sumqayıt "Xəzər”i də 100 qol səddini fəth edib. Bu iki göstəricidən başqa 100 və daha çox qol vuran komanda olmayıb. Üçüncü nəticə də 98 qol sevinci yaşayan "Neftçi”yə məxsusdur.

1992-ci ildə 100 qol səddinin keçilməsində oyun sayının çoxluğu da rol oynayıb. Lakin bu, məhsuldarlığın yüksək olmasına şübhə yeri qoymur. Hər halda 100 və daha çox qol vuran hər iki komanda orta göstəricidə ən məhsuldar "beşlik”də yer alır. Mütləq rekord isə "Neftçi”nin 1996-1997-ci il mövsümündəki göstəricisidir. Həmin vaxt "ağ-qaralar” hər oyunda 3,27 qola imza atıb. "Şəmkir”, həmçinin daha bir dəfə "Neftçi” 3 səddini aşa bilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video