18 May 2020 13:44
617
İQTİSADİYYAT
A- A+

İyirmi ildə 60 min neft quyusu alan investor


Qərbi Virciniyada orta gəlirli ailədə böyüyən Rusty Hutsonun həyatı bank karyerasını sonlandıraraq neft quyularına investisiya yatırmağa başladıqdan sonra dəyişib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Qərbi Virciniya əyalətinin qaz və neft yataqları ilə məşhur bölgəsində anadan olan R.Hutson atası, babası və atasının babası həyatlarını enerji sektorunda çalışmaqla davam etdiriblər. R.Hutson isə orta məktəb və universitet illərində yay aylarında atası ilə birgə işə gedərdi. 1991-ci ildə Hutson ailəsinin universiteti bitirən ilk üzvü olan Rusty həyatında fərqli bir iş görmək qərarına gəlir. Fairmont Dövlət Universitetinin mühasibatlıq ixtisasını bitirən Rusty gələcək illərdə uğurlu karyera əldə edib. Lakin illər keçdikcə atasının yolundan getmək fikri onu düşündürürdü.

"Qərbi Virciniyada iki növ insan var – kömür və neft-qaz işçiləri. Bu, nəsildən-nəslə ötürülən bir işdir, atanız və babanız nə iş görübsə, siz də onu edərsiniz”, - deyə Rusty bildirir.

2001-ci ildə, Rusty 32 yaşında evini girov qoymaqla 250 min dollar dəyərində köhnə bir neft quyusunu alır. Bu gün isə onun şirkəti – "Diversified Gas & Oil”in Amerikanın müxtəlif yerlərində 60 mindən çox neft-qaz quyusu var. Şirkətdə 925 nəfər işləyir və illik gəlir 500 milyon dollardır.

Şirkətin iş modeli isə digər şirkətlərdən çox fərqlidir. "Diversified Gas & Oil” heç vaxt neft kəşfiyyatı və ya hasilat işləri görmür. Bunun əvəzinə böyük istehsalçıların işlətmədiyi köhnə neft və qaz quyularını alır.

"Böyük şirkətlər istəməsələr də, bu quyuların daha 50 il ömrü var”, - deyə Rusty əlavə edir.

Onun sözlərinə görə, "Diversified Gas & Oil” son illərdə Amerika şist qazının inkişafından böyük fayda əldə edib. Bu sektora yönələn digər şirkətlər köhnə quyuların çoxunu satmağa qərar verib.

"Diversified Gas & Oil” hazırda London birjasının əsas bazarına doğru irəliləyir. "Cenkos Securities” enerji sənayesi üzrə analitiki James McCormacın fikrincə, "Diversified Gas & Oil”in aşağı qiymətli və uzunömürlü neft quyularını almaq strategiyası unikal bir modeldir.

Şirkətin uzunmüddətli planı isə istehsal müddətini başa vurmuş quyuların əvəzinə yeni neft quyuları almaqla işlərini başqa bölgələrdə də davam etdirməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video