Alternative content

01:51 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ölkənin bütün incəsənət xadimləri hər zaman sizin uzaqgörən siyasətinizi dəstəkləyirlər”
“Ölkənin bütün incəsənət xadimləri hər zaman sizin uzaqgörən siyasətinizi dəstəkləyirlər”
ANA SƏHİFƏ / Mədəniyyət
01:50 17.05.2020


Akademik Musiqili Teatrın kollektivi Prezidentə təşəkkür etdi


Ölkə Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinə fərdi təqaüd və mükafatların verilməsi ilə bağlı imzaladığı sərəncamla mükafata layiq görülənlər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları da var. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev rəhbərlik etdiyi kollektivin adından cənab İlham Əliyevə sənət adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Tanınmış rejissor və teatr rəhbəri dövlət başçısına ünvanladığı müraciətində minnətdarlığını belə ifadə edib:

"Möhtərəm cənab Prezident, Akademik Musiqili Teatrın çoxsaylı kollektivi adından sizə dərin minnətdarlığımı bildirirəm. İmzaladığınız sərəncamla Prezident mükafatına layiq görülənlər arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı şəxslərinin də olması bizi hədsiz sevindirdi.

Belə çətin və səksəkəli şəraitdə, bəşəriyyətin koronavirus adlı qorxunc düşmənlə üz-üzə qaldığı bir vaxtda siz ölkənin ən həssas insanlarını - yaradıcı şəxslərini yenə də unutmadınız. Bəşəriyyətin min bir problemlə üzləşdiyi bir vaxtda nə qədər incəsənət xadiminə və onların ailəsinə diqqət və qayğınızı bir daha göstərdiniz. Biz xarici mətbuatdan da izləyib görürük ki, dünyanın heç bir yerində incəsənət adamlarına bu qədər diqqət və qayğı yoxdur. Məhz buna görə də sevincimiz hədsizdir. Biz qürur duyuruq ki, Azərbaycan adlı bir məmləkətin vətəndaşlarıyıq. Fəxr edirik ki, daim xalqının, millətinin yanında olan, əməlləri ilə dünyanın dörd bir yanında yaşayan hər bir azərbaycanlının prezidenti ola bilən, yaradıcı əməyə xüsusi dəyər verən sizin kimi bir dövlət başçımız var.

Ölkəmizdə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində prioritet məsələ olaraq həyata keçirilib. Ümummilli Liderimizin bu siyasəti hazırda sizin tərəfinizdən böyük uğurla davam etdirilir. Siz həmişə xalqın rifahı, onun rahat və hüzur içində yaşaması barədə düşünürsünüz. Xüsusən bu son hadisələr koronavirus pandemiyası dövründə sizin insanlara nə qədər yaxın olduğunuzu bir daha aydın göstərdi. Doğma və qayğıkeş münasibətinizlə hər birimiz üçün nə qədər əziyyət çəkirsiniz. İstər siz, istərsə də ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə xalqın yanındasınız.

Əziz Prezidentimiz! Biz - ölkənin bütün incəsənət xadimləri hər zaman sizin uzaqgörən siyasətinizi dəstəkləyir və təbliğ edirik. Biz inanırıq ki, dünyamız üçün belə çətin sınaq günlərində bu bəladan az itkilərlə və alnıaçıq çıxmaq üçün məqamında verdiyiniz qərarlar, apardığınız islahatlar, ölkəmizin təhlükəsizliyi naminə atdığınız hər bir addım öz bəhrəsini verəcək. Bir daha sizə minnətdarlığımızı bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM