Alternative content

02:46 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həkim-tarzən
Həkim-tarzən
ANA SƏHİFƏ / Mədəniyyət
01:07 17.05.2020


Xalq artisti Hacı Məmmədovun "trio”su sənət zirvəsinə ucalmışdı
Maraqlıdır, şairlərin, müğənni və xanəndələrin əksəriyyətinin peşəsi həkimlikdir, hətta mətbuatda çalışanların da bəziləri daha çox tibb ixtisaslıdırlar. İlk baxışdan burada bəlkə də qeyri-adi heç nə yoxdur. Əslində isə fərqinə varmadığımız məqamlar var. Elə məşhur söz sərraflarımızın, dühalarımızın adlarını çəkə bilərik ki, onlar da ixtisasca həkim-loğman olublar.
Musiqi aləmində də buna az rast gəlmirik. Uşaq yaşlarından musiqiyə həvəs göstərən və hələ 11 yaşında ikən xalq çalğı alətləri orkestrinə qəbul edilən tarzən, Xalq artisti Hacı Məmmədov da ixtisasca həkim olub.
1920-ci ildə Şamaxı şəhərində dünyaya göz açmış Hacı uşaq vaxtlarından tar çalmağa həvəs göstərib. Lakin o, 1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirərək, 1970-ci ilədək həkim-cərrah kimi fəaliyyət göstərib.
Həkimin uşaqlıqdan musiqiyə olan həvəsi ötəri olmayıb. Ona görə də nə musiqi məktəbi bitirib, nə də tarzən yanına gedib. Tarda çalmağı müstəqil öyrənib. Peşəkar tarzən səviyyəsinə qalxan Hacı Məmmədov bir müddət Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində çalışıb. Sonra o, artıq M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi tanınıb.
40 ildən çox filarmoniyada işləyən Hacı Məmmədovun şux, oynaq ifa tərzi həmişə diqqəti cəlb edib. Təsadüfi deyil ki, o, rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub.
"Orta Mahur”, "Çoban-bayatı” və bir çox xalq mahnımız Hacı Məmmədovun ifasında məşhurlaşıb.
Maraqlıdır ki, Hacı Məmmədovun tibbi təhsil alması heç də özünün istəyi ilə olmayıb. Sadəcə, könül sevdasına qovuşmaq üçün o, həkimlik peşəsini məcburən seçib. Gələcək ömür-gün yoldaşı Aliyə xanımın valideynləri öz qızlarını artistə, musiqiçiyə vermək istəməyiblər.
Hacı Məmmədovun tar ifaçılığı sənəti özündən sonrakı sənətkarların da yüksək peşəkarlığına səbəb olub. Xalq artisti Möhlət Müslümov deyir ki, Hacı Məmmədov elə-belə sənətkar olmayıb: "Sadıqcan, Qurban Pirimov, Bəhram Mansurov, Mirzə Mənsur, Məmmədağa Muradov tarın korifeyləridir. Hacı Məmmədov və Əhsən Dadaşov isə mənim ideallarımdır”.
Buna görə deyə bilərik ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş sənətkarlardan biri də görkəmli tarzən Hacı Məmmədovdur.
Milli musiqimizdə çox peşəkar sənətkarlar olub. Hacı Məmmədovun ifaçılığı isə ayrıca bir məktəb hesab edilir. Qurban Pirimov, Bəhram Mansurov kimi böyük sənətkarların yaratdığı sənət məktəbindən dərs alan Hacı Məmmədov milli musiqimizin ən görkəmli nümayəndələrindən biri kimi də adını musiqi tarixinə yazdırıb. Hələ onu demirik ki, Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli sənətkarları tarda dəfələrlə müşayiət edib.
Hacı Məmmədovun yaradıcılığında muğamlar xüsusilə seçilir və bir zirvə hesab olunur. Bu sənət inciləri içərisində "Orta Mahur” tamamilə fərqlidir. Ustad bu muğamı elə ifa edirdi ki, ona qulaq asanlar bunu bir möcüzə sanırdılar. Hacı Məmmədov doğrudan da virtuoz ifaçı idi. Tara olan qeyri-adi məhəbbətinin və vurğunluğunun nəticəsi idi ki, ifasından kimliyini təyin etmək mümkün olurdu. Əlbəttə, belə bəxtiyarlıq hər sənətkarın taleyinə yazılmır.
Hacı Məmmədovun uşaqlıqdan tara olan həvəsi və marağı təsadüfi deyildi. Ailədə musiqiyə, xüsusən tar ifaçılığına böyük maraq olub. Atası Məhəmməd tarda gözəl ifa edirmiş. Hələ musiqini incəliklərinədək bilməyən Hacı Məmmədov sonralar xatirələrində qeyd edirdi ki, o, saatlarla atasını dinləməkdən yorulmazdı: "Əmimgilin həyətində bir tarzən yaşayırdı. Tarı onun yanına apardım. Xahiş etdim ki, kökləsin. O da tarı alıb köklədi. Sevincək evə qayıtdım. Başladım radioda çalınan havaları öz-özlüyümdə tarın pərdələrində axtara-axtara çalmağa. Təxminən bir il gecə-gündüz öz üzərimdə çalışdım. 1930-cu il idi. Eyni həyətdə yaşadığımız Rəşid Əfəndiyev məni yanına çağırdı və səmimi söhbət etdi. Ertəsi gün o, məni Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin rəhbəri ilə tanış etdi. Sabahısı gün orkestrə gəldim. Orkestr üzvləri mənim tar çalmağımdan heyrətə gəldilər. Onda on bir yaşım vardı...”
1929-cu ilin bir qış günü əmisi Hüseynlə şəhərə gəzintiyə çıxan Hacı musiqi alətləri satılan dükanın qarşısından keçəndə vitrində tar görür. Ayaq saxlayıb, dönüb diqqətlə tara baxır. Əmisi onun bu halını görür və tarı Hacıya alır.
Həmin tarı sevgiylə sinəsinə sıxan Hacı 8 yaşından ömrünün sonuna qədər ondan ayrılmayıb. Hacı Məmmədov dünyasını dəyişəndən sonra isə həmin tar illər boyu ustad tarzənlə sənət dostluğu edən, sevimli tələbəsi, Xalq artisti Ağasəlim Abdullayevin sinəsində dil açıb. Ustadına kəm baxmayan şəyird həmin tarda məhz Hacı Məmmədovun məharətlə ifa etdiyi muğamları ehtiramla və özünəməxsus ustalıqla səsləndirib.
Bu gün "Qızıl fond”da Hacı Məmmədovun özünəməxsus tərzdə ifa etdiyi "Zabul Segah”, "Bayatı-Şiraz”, "Şur”, "Çahargah”, "Orta Mahur” və digər muğamlar qorunur. Ustad sənətkarın həyat yoldaşı Aliyə xanım xatirələrində yazırdı: "Hacı yeganə sənətkar idi ki, özünəməxsus və bənzərsiz bir yol keçdi və məktəbini yaratdı. Onun bütün qələbələrinin ruhunda sədaqətli ürək döyünürdü. Hörmət və nüfuzu da etibarına görə qazanırdı. Ona görə də heç vaxt unudulmadı”.
Xalqının sevimli tarzəni kimi tanınan Hacı Məmmədovun musiqi sənətinin inkişafındakı xidmətləri o zaman dövlət tərəfindən də qiymətləndirilib. O, 1957-ci ildə Azərbaycan SSR-in Əməkdar artist, 1963-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Bir çox xarici ölkədə Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edən, "Şərəf nişanı” ordeni ilə təltif edilmiş, 61 yaşında dünyasını dəyişən unudulmaz tarzən Hacı Məmmədov Fəxri xiyabanda torpağa tapşırılıb.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM