16 May 2020 01:54
630
İQTİSADİYYAT
A- A+

Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır


Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-aprel aylarında ölkə üzrə 13 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulları istehsal edilmişdir.

Bu dövrdə sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır.

Sənaye məhsullarının 63,1 faizi mədənçıxarma, 30,5 faizi emal, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,2 faiz azalmış, əmtəəlik qaz hasilatı 17,1 faiz artmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7, kompüter, elektron və optik məhsulların istehsalı 2,6, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 60,7, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,6, sair nəqliyyat vasitələrinin istehsalı 35,1, kimya sənayesi məhsullarının istehsalı 24,9, elektrik avadanlıqlarının istehsalı 20,6, rezin və plastik kütlə məmulatlarının istehsalı 20, kağız və karton istehsalı 19,3, tütün məmulatlarının istehsalı 18,9, içkilərin istehsalı 8,3, qida məhsullarının istehsalı 8,1, neft məhsullarının istehsalı 5,1, hazır metal məmulatlarının istehsalı 4,4, geyim istehsalı 3,6, toxuculuq sənayesi məhsullarının istehsalı 1,2 faiz artmış, mebel istehsalı 0,9, poliqrafiya məhsullarının istehsalı 2,3, tikinti materiallarının istehsalı 4,5, maşın və avadanlıqların istehsalı 23,8, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,3, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,1 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 14, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video