Alternative content

12:23 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib
AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
20:07 15.05.2020

Mayın 15-də AMEA Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) fəaliyyətinə dair bir sıra məsələlər müzakirə edilib.

Onlayn iclasda çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkının ölkəmizdə elmin kommersiyalaşdırılması və texnologiyaların transferi istiqamətində xüsusi rola malik olduğunu deyib.

Sonra YT Parkın direktoru, akademik Əli Abbasov AMEA Yüksək Texnologiyalar Parkının mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair təqdimatla çıxış edib. Vurğulayıb ki, parkın inkişaf perspektivləri ilə bağlı nəzərdə tutulan layihələrin yüksək dinamikasının təmin edilməsinin əsas yolu elmi tədqiqat və təcrübə konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində tətbiq edilməsidir.

MDB ölkələrində fəaliyyət göstərən Yüksək Texnologiyalar parkları, onların investisiya mənbələri, rezidentləri və həyata keçirdikləri innovativ layihələr barədə məlumat verən akademik diqqətə çatdırıb ki, bu istiqamətdə uğur əldə etmək üçün milli kadr potensialına, perspektivli mühitə və maliyyə resurslarına ehtiyac var.

Məruzəçi, həmçinin müxtəlif dövlət şirkətlərinin YT Parkın rezidentliyinə qəbul edilməsi, ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, YT Parkın İnvestisiya Fondunun yaradılması, rəqəmsal xidmətlərin genişləndirilməsi, intellektual məhsulların reyestrinin formalaşdırılması, innovasiya ekosisteminin sağlamlaşdırılması məqsədilə uyğun qanunvericilik bazasının hazırlanması, parkın inkubasiya fəaliyyətinin bərpa edilməsi, o cümlədən dövlət təşkilatları və AMEA-nın institutlarının birgə iştirakı ilə yeni müəssisələrin təsis edilməsi və s. istiqamətlərdə müvafiq təkliflər səsləndirib. O, inkişaf perspektivində nəzərdə tutulan müddəaların həyata keçirilməsinin YT Parkın iqtisadi və intellektual potensialının inkişafına, AMEA-nın büdcədənkənar vəsaitlərinin artmasına, yerli və xarici investorların ölkəyə cəlbinə təkan verəcəyini söyləyib.

İclasda strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malik YT Parkda layihələrin tətbiqi ilə bağlı müxtəlif təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb. Müzakirələrdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, İşlər idarəsinin müdiri, texnika üzrə elmlər doktoru, professor Elton Məmmədov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev iştirak ediblər.

Onlayn tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 2016-cı ildə qəbul edilən "Elm haqqında” Azərbaycan Respublikasının Qanunu elmtutumlu yeni texnologiyaların və yüksək texniki səviyyəli məhsulların işlənib hazırlanmasına və istehsalata tətbiqinə geniş imkanlar açır. Digər ölkələrdə mövcud olan Yüksək Texnologiyalar parklarının imkanlarının öyrənilməsinin zəruriliyinə toxunan akademik İsa Həbibbəyli bu istiqamətdə beynəlxalq təcrübənin AMEA YT Parkın gələcək fəaliyyətinə töhfə verəcəyini vurğulayıb. Akademik, o cümlədən perspektivli patentlərin istehsalatda tətbiqinin vacibliyini bildirib və AMEA alimlərinin yeni nailiyyətləri barədə Rəyasət Heyətinin mətbu orqanı "Elm” qəzetində mütəmadi məqalələr dərc edildiyini söyləyib.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev milli iqtisadiyyatımıza töhfə vermək, eləcə də ölkədən xaricə valyuta axınının qarşısını almaq məqsədilə respublikanın təhsil və elmi müəssisələrinin tələbatları ilə bağlı monitorinqlər aparılmasını və onların ehtiyaclarının qarşılanmasını təklif edib.

İclasda, həmçinin AMEA Rəyasət Heyətinin nəzdində patent mərkəzinin yaradılması barədə təkliflər səsləndirilib.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək AMEA YT Parkın müasir tələblərə cavab verən və ölkə iqtisadiyyatına mühüm töhfələr verən quruma çevrilməsi, akademiya alimlərinin bugünə qədər əldə etdikləri patentlərin araşdırılması və perspektivli layihələrin maliyyələşdirilməsi, həmçinin postpandemiya dövründə respublikanın təhsil və elmi müəssisələrinin tələbatları ilə bağlı dəyirmi masaların keçirilməsi üçün müəyyən tapşırıqlar verib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM