15 May 2020 13:44
542
İQTİSADİYYAT
A- A+

Pandemiya səbəbindən dünya iqtisadiyyatı 8,8 trilyon dollar itirə bilər


Bu il koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatı 5,8 trilyon dollardan 8,8 trilyon dollara qədər itkiyə məruz qala bilər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu proqnoz mənzil-qərargahı Manilada yerləşən Asiya İnkişaf Bankının məruzəsində öz əksini tapıb.

"Yeni koronavirus infeksiyasının səbəb olduğu COVID-19 pandemiyası nəticəsində dünya iqtisadiyyatı 5,8 trilyon dollardan 8,8 trilyon dollara qədər itkiyə məruz qala bilər ki, bu da qlobal ümumdaxili məhsulun 6,4-9,7 faizinə bərabərdir”, - deyə sənəddə bildirilir.

Bank ekspertlərinin sözlərinə görə, hesablanan 8,8 trilyon dollarlıq itkilər pandemiya ilə uzun müddətli mübarizə və məhdudiyyətlərin yarımil saxlanılması ssenarisinə əsaslanır. İqtisadi aktivlik üç ay ərzində bərpa olunsa, itkilər 5,8 trilyon dollar təşkil edəcək.

Asiya-Sakit Okean regionunun iqtisadi itkiləri 1,7 trilyon dollardan (üç aylıq ssenari zamanı) 2,5 trilyon dollara (yarımillik dövr) qədər dəyişə bilər.

Asiya İnkişaf Bankı bundan öncə aprelin 3-də dərc etdiyi məruzəsində pandemiya səbəbindən dünya iqtisadiyyatının zərərlərini 2 trilyon dollardan 4,1 trilyon dollara qədər proqnozlaşdırmışdı.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video