15 May 2020 11:04
702
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir


Bakı Ali Neft Məktəbi (BANM) təhsilin nəticələrinin qiymətləndirilməsi üçün onlayn final imtahanlarını davam etdirir. Ölkədə ilk dəfə olaraq BANM-də təşkil olunan onlayn imtahanlar mayın 18-də yekunlaşacaq.

BANM-dən AZƏRTAC-a bildirilib ki, onlayn imtahanların obyektivliyi və plagiatlığın qarşısının alınması beynəlxalq təcrübəyə uyğun olaraq ali məktəb tərəfindən hazırlanmış Şərəf Kodeksi əsasında təmin edilir.

İmtahanlar LMS (Learning Management System - öyrənmənin idarə olunması sistemi) üzərindən reallaşdırılır. Bu sistem yerli mütəxəssislər tərəfindən ilk dəfə olaraq Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Bundan əlavə, ali məktəbin tələbələri ABŞ-ın Stanford Universitetinin lisenziyalı "Coursera for Campus” qlobal distant tədris proqramının kurslarında uğurla iştirak edərək sertifikat əldə ediblər.

Ümumilikdə proqram çərçivəsində kurslarda ali məktəbin 411 tələbə və müəllimi iştirak edib. Bura proseslərin avtomatlaşdırılması mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisaslarının II, III, IV və V kurs tələbələri (həm bakalavriat, həm də magistratura), hazırlıq (Foundation) kursunun 195 tələbəsi, MBA proqramının bütün tələbələri daxildir. Dərslər nüfuzlu Amerika, Avropa və Asiya universitetlərinin professor-müəllim heyəti tərəfindən distant formada aparılıb.

Kurslardan sertifikat əldə etmiş tələbələrə müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradılıb.

Qeyd edək ki, BANM-də təhsil Böyük Britaniyanın Heriot Vatt Universitetinin tədris proqramlarına əsasən həyata keçirilir, buna görə də semestr dərsləri digər ali təhsil müəssisələrinə nisbətən daha öncə başlayır və yekunlaşır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video