15 May 2020 10:39
755
Təhsil
A- A+

Rusiya XİN: Tutulub saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı məsələlər daim danışıqların gündəliyindədir


Azərbaycan və Ermənistan ərazilərində tutulub saxlanılan şəxslərin dəyişdirilməsi və onların vəziyyətinin yüngülləşdirilməsi ilə bağlı məsələlər daim Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gündəliyində olur.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə Moskvada keçirdiyi brifinqdə danışıb.

O deyib: "Məsələn, keçən il Moskvada məhbusların qohumları tərəfindən onlara baş çəkilməsi haqqında qərar qəbul edilmişdi. Sonra Azərbaycan və Ermənistan hərəsi bir əsiri qaytardı və ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə başqa məhbusların taleləri barədə məsləhətləşmələr davam edir. Biz həmin məsləhətləşmələrin gedişini diqqətlə izləyəcəyik”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə çıxış edib. O bildirib ki, Azərbaycan tərəfi əsirlərin və girovların "hamısını hamısına” prinsipi üzrə dəyişdirilməsinə tərəfdardır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video