14 May 2020 14:46
956
Elm və texnika
A- A+

Azərbaycan və Türkiyə alimləri koronavirusla bağlı videokonfrans keçiriblər


Azərbaycan və Türkiyə elm adamlarının iştirakı ilə "COVID-19: qlobal dəyişmələr və təsirlərin qiymətləndirilməsi” mövzusunda videokonfrans keçirilib.

Azərbaycan Texniki Universitetinin və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin birgə təşkil etdiyi videokonfransda yeni növ koronavirusun (COVID-19) iqtisadi və sosial təsirləri müzakirə olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, videokonfransa moderatorluq edən rektor Vilayət Vəliyev Azərbaycan və Türkiyənin yeni növ koronavirusla mübarizə tədbirlərini müsbət dəyərləndirib. O bildirib ki, gələcəkdə dünyada fərqli viruslar və oxşar təhlükələrin yaranacağı istisna olunmadığı üçün bu istiqamətdə ixtisaslı kadr hazırlamaq məqsədilə qardaş ölkə universitetlərinin əməkdaşlığını daha da genişləndirmək lazımdır.

Türkiyənin Böyük Millət Məclisində Kocaeli vilayətindən deputat Cəmil Yaman deyib ki, yeni növ koronavirusla mübarizədən ibrət alınacaq dərslər var və bu işdə dünya əhalisinin ümumi fəallığı vacibdir.

Pandemiya ilə mübarizədə Türkiyənin uğurlu nəticələr qazandığını deyən C.Yaman təmsil etdiyi Ədalət və İnkişaf Partiyasının səhiyyə sahəsinə çox sərmayə yatırdığını vurğulayıb.

Videokonfransda məruzəçilər COVID-19-un dünyaya və regiona təsirini qiymətləndirən təqdimatlarla çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video