14 May 2020 02:19
540
İQTİSADİYYAT
A- A+

Təsərrüfatlarda 2520 arı ailəsi saxlanılır


Arıçılıq Samux rayonu üçün ənənəvi sahələrdən hesab olunur. Hazırda rayonda 2520 arı ailəsi mövcuddur. Bunun 2425-i və ya 96,2 faizi əhali təsərrüfatlarında saxlanılır.

Samux Rayon Statistika İdarəsindən bildirilib ki, son 4 ildə arı ailələrinin sayı 2096 ədəd artıb. Qeyd edilib ki, bu artımın səbəbi "Arıçılığın inkişafına dəstək layihəsi” əsasında əhali təsərrüfatlarındakı arı ailələrinə və 2018-ci ildən arıçılığın inkişaf etdirilməsi məqsədilə subsidiyaların verilməsi ilə bağlıdır. Həm dövlət tərəfindən göstərilən dəstəyə, həm də münasib iqlim şəraitinə və zəngin florasına görə Samux rayonunda arıçılıq ildən-ilə inkişaf edir. Həmçinin maya dəyəri az, gəliri isə çox olduğuna görə arıçılıqla məşğul olan əhali təsərrüfatlarının bu sahəyə marağı artmaqdadır. İndi rayonda arıçılıq məhsullarından həm qida, həm də müalicə məqsədilə geniş istifadə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video