Alternative content

01:25 28 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ulu Öndər hər bir gəncin himayədarı idi
Ulu Öndər hər bir gəncin himayədarı idi
ANA SƏHİFƏ / SİYASƏT
01:58 14.05.2020


Hər bir ölkənin, cəmiyyətin gələcəyə baxışında gənclər siyasəti xüsusi yer tutur. İstənilən strateji qərar onların maraqlarının təmin olunması, layiqli həyat şərtlərinin yaradılması naminə atılır. Eyni zamanda xalqların xoşbəxt gələcəyə olan ümidlərini həyata keçirə bilməsindən ötrü gənc nəslin gücünə, enerjisinə, yaradıcılıq əzminə böyük ehtiyac duyulur. Xalqın formalaşdırdığı bütün dəyərlər, zəngin ənənələr gələcəyə məhz gənclər vasitəsilə ötürülür.
Gənclik dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Bütün bunlar onların timsalında əbədilik qazanır və nəsillərə düzgün istiqamət verir. Bu baxımdan sağlam düşüncəli, savadlı nəslin yetişdirilməsi cəmiyyət üçün ən mühüm məsələdir.
Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə də, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da gənclər məsələsinə xüsusi önəm verməsi məhz bu zərurətə əsaslanırdı. Ümummilli Lider hər zaman gəncliyə böyük ümidlər bəsləyirdi. Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu vurğulayırdı. Sağlam düşüncəli gəncliyin bu ümidləri doğruldub vətənin gələcəyinə sahib çıxa bilməsindən ötrü onlara diqqət və qayğısını bir an belə əsirgəmirdi. Bu böyük dövlət adamı fərqində idi ki, istənilən liderin hələ həyat yolunun başlanğıcındakı gəncliyə ən böyük töhfəsi onların təhsil almasına, fərdi inkişafına kömək göstərməkdir. Ona görə də Heydər Əliyev Azərbaycana hələ birinci rəhbərliyi dövründə onlarca yeni ali və orta ixtisas təhsili müəssisələri yaratmışdı. Ötən əsrin 70-80-ci illərində onun diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın ən aparıcı ali məktəblərinə müxtəlif nadir ixtisaslar üzrə təhsil almağa göndərilməsi də hər zaman rəğbətlə xatırlanan tarixdir. Müstəqil Azərbaycana rəhbərlik illərində də Heydər Əliyevin sağlam və sarsılmaz dövlətçilik ideologiyasının davamlılığında gənclər siyasəti daim ön sıralarda dururdu. O, gəncləri ölkənin ictimai-siyasi həyatında aktiv olmağa çağıraraq, yaxın gələcəkdə daha da dinamik inkişaf yoluna qədəm qoyacaq Azərbaycanın sonrakı uğurlarını gəncliyə göstərilən etimadda görürdü. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini və ümumi fəaliyyətə cəlb edilməsini mühüm vəzifə kimi irəli sürürdü.
Heydər Əliyev deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi, mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.


Qayğı, diqqət və inam


Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən Ümummilli Lider gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı.
1996-cı ildə Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirilməsi təşəbbüsü də gəncləri daha fəal, daha məsuliyyətli və yetkin görmək istəyən Ulu Öndər Heydər Əliyevə məxsusdur. Həmin ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi artıq ənənə halını aldı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində hələ dünyada beynəlxalq gənclər günü elan edilmədiyi vaxtda - 1996-cı ildə Azərbaycanda "2 fevral - ümumrespublika Gənclər günü”nün təsis edilməsi haqqında mühüm strateji qərarın qəbulu da gəncliyə verilən yüksək dəyər idi.
Bu forumlar Heydər Əliyevin tarixi qərarına əsaslanaraq gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etməklə onların dövlətin və cəmiyyətin həyatında fəal iştirakına şərait yaradır. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu zamanı Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir. ...Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”
İlk forumdan ötən illər ərzində Azərbaycan gəncliyinin həyatında mühüm dəyişikliklər baş verdi. Ölkəmizdə ilk gənclər təşkilatları formalaşdı. Əməkdaşlığın genişlənməsi, məsuliyyətin artması nəticəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaradılması gənclərin iştirakına, sosial təşəbbüskarlığına mühüm təkan verdi. Bundan sonra yerli idarələr vasitəsilə regionlardakı gənclərlə iş aparılmağa başlanıldı. Bütün bu işlərin nəticəsidir ki, hazırda müxtəlif dövlət qurumlarında xeyli sayda gənclər təmsil olunur.


Tarixi nailiyyətlər


Ulu Öndərin Azərbaycan gəncliyinə olan inamı, ümidi tarixin yeni mərhələlərində özünü tam doğrultdu. Böyük uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə apardığı ardıcıl, məqsədyönlü işlə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan gəncliyinin həyatında 2003-cü ildən yeni bir yüksəliş dönəmi başlandı. Gənclərin cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsi, onların sosial-iqtisadi problemlərinin həllinin təmin edilməsi məqsədilə icra olunan dövlət proqramları, quruculuq işlərində gənclərin iştirakına şərait yaradılması, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına verilən dəstək bu tarixin ayrı-ayrı xoş məqamlarıdır.
Azərbaycanda "Gənclər siyasəti haqqında”, "Bədən tərbiyəsi və idman haqqında” qanunlar, gənclər siyasətinin ayrı-ayrı sahələrini əks etdirən müxtəlif normativ-hüquqi sənədlər qəbul edildi. Gənclər siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, "Gənclər sahəsində Bakı Öhdəlikləri”nin qəbul edilməsi ölkəmizin gənclər siyasətinin uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan "Azərbaycan gənclərinin İnkişaf Strategiyası (2015-2025-ci illər)”, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” gənclərin fərdi inkişafı və qərarların qəbulu prosesində iştirakının artırılması istiqamətində yeni imkanlar yaradır.
Gənclərin maraqlarının təmin olunması, ideyalarının gerçəkləşməsinə dəstək sahəsində ciddi işlər görülür. Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı genişlənir. 2007-ci ildə ölkəmizdə "Gənclər ili”nin elan olunması, 2008-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammitinin, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi, Prezident Administrasiyasında gənclərlə iş üzrə ayrıca şöbənin yaradılması Azərbaycan gəncliyinin həyatında baş verən mühüm tarixi hadisələrdir.
Ölkə rəhbərinin bəyan etdiyi "Qara qızılın insan kapitalına çevrilməsi” prinsipi istiqamətində reallaşdırılan tədbirlərin əsas subyekti, təbii ki, Azərbaycan gəncliyidir. Gənclərin təhsili, fərdi inkişafı, bilgi qaynaqlarına çıxışı üçün elmi-texniki infrastruktur ildən-ilə inkişaf etdirilir. Dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsaitin həcmi genişlənir. Bu gün Azərbaycanda Gənclər Fondu uğurla fəaliyyət göstərir. Gənclər siyasətinin əsas infrastrukturu olan "Gənclər evi” şəbəkəsi genişlənir, gənclər üçün Prezident mükafatı təsis edilib.


"Könüllülər ili”nin gəncləri


Ölkəmizdə gənclərin iştirakı ilə könüllülük hərəkatı geniş vüsət alıb. Gənclərimiz müxtəlif layihələrin icrasında könüllü kimi iştirak edərək təcrübə toplayır, gələcək karyera irəliləyişlərinə doğru ilk mühüm addımlarını atırlar. Azərbaycanda yaradılmış əlverişli biznes mühiti gənc sahibkarların öz biznes ideyalarını reallaşdıra bilmələrinə əlverişli şəraiti təmin edir. Gənclər özəl sektorda öz işlərini quraraq Azərbaycanın iqtisadi inkişafına dəyərli töhfələr verirlər. İnnovasiyalar, yeni mütərəqqi ideyalar bu gün cəmiyyət həyatına gənclər vasitəsilə, onların yaxından iştirakı ilə daxil olur.
Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il ölkəmizdə "Könüllülər ili” elan edilib. Bu tarixi qərarın da gənclərlə bağlılığı böyükdür. Sərəncamda da qeyd edildiyi kimi, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbidir. Öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Pandemiyanın tüğyan etdiyi dövrdə də gənclər öz iradələrinin diktəsi, ictimai faydalı fəaliyyətləri, yüksək enerjiləri ilə cəmiyyətə göstərdikləri təmənnasız xidmətlə könüllülük hərəkatının aparıcı qüvvəsi kimi çıxış edirlər. Fədakarlıqları, faydalı olmaq əzmi ilə bu fəaliyyətin mükəmməl örnəyini yaradırlar.

İradə ƏLİYEVA,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM