Alternative content

11:32 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müəllimin şəxsiyyəti
Müəllimin şəxsiyyəti
ANA SƏHİFƏ / Mədəniyyət
01:44 14.05.2020


Bir müddət əvvəl Bakı Slavyan Universitetində Nəsimiyə həsr edilmiş bir tədbir keçirildi. Məni də Nəsimi yaradıcılığını araşdıran tədqiqatçılardan biri kimi dəvət etmişdilər: demişdilər yarım saat tez gəlin. Universitetin diqqəti çəkən səliqə-sahmanı, müasir tərtibatlı görkəmi öz yerində.
Rektorun kabinetinə girəndə deputatları, görkəmli təhsil təşkilatçılarını, aktyor, böyük sənətkar Rasim Balayevi gördüm. Tədbir vəzifə ranqına görə məmurlara söz verilməsi kimi qurulmamışdı. Bu tədbir universitet tələbələrinin istedad potensialının nümayişi təşəbbüsü idi. Qalanları isə rektor Nurlana xanımın müəllimlik üslubu idi: görülən hər işə öz qəlbinin, daşan enerjisinin bir parçasını qoymaq. Düşündüm ki, Nurlana xanımın müəllim uğurunun əsl düsturu budur: təhsilə sevə-sevə xidmət etmək və yorulmamaq. Hər işdə nümunə göstərmək.
Nurlana Əliyeva fəaliyyətinə müəllim kimi, iddiasız bir müəllim kimi başlayıb. Nail olduğu hər uğuru da müəllim kimi qazanıb. Yəqin cavanlıqda heç təhsil təşkilatçısı olmaq haqda fikirləşməyib. Amma həmişə tapşırılan işə yaradıcılıq kimi baxıb, tələbələrini sevib, onlarda qabiliyyətlər yetişdirməyi özünə borc bilib və onlara güvənib. Həyata uzun illər yaratdığı öz məktəbindən baxıb. Bu həyatı daha yaxşı eləmək səylərini də öz məktəbində həyata keçirib. Otuzuncu illərdə mədəni inqilab dəyərlərini həmin məktəb yayırdı. Bu gün də dərin təcrübələrə əsaslanan və müasirliyə qovuşduran elm, bilik, peşəkarlıq, insanlıq məktəblərinə ehtiyac var. Bəlkə elə buna görə də Nurlana Əliyeva bu dəyərlər haqda bir kitab da yazıb. Bu kitabın yaranması Nurlana xanımın Azərbaycan məktəbinin potensialına inamını əks etdirir. Öz məqalələrində yorulmadan təkrar edir: biz məktəblərimizin maarifçilik və quruculuq imkanlarından çox istifadə etməli, məktəblərin cavan nəslin taleyindəki roluna kifayət qədər ciddi baxmalı və buna inanmalıyıq.
Nurlana xanım illər keçdikcə öz publisist qələminə daha artıq meydan verib. Amma bu da, əslində, onun əsas peşəsini, əsl müəllimliyi davam etdirmək istəyindən doğub həmişə. Bu istək də onun publisist yazılarının iki ayrılmaz mövzusunda özünü göstərib: Azərbaycan maarifçiliyi və Heydər Əliyev irsi. İkisi də onun üçün məhz Azərbaycanın böyük maarifçilərinin arzu və işlərinin davamıdır. Maarifçi babalarımızın ana dili uğrunda mübarizələri Nurlana xanımın bir çox yazılarından qırmızı xətt kimi keçir. 70-80-ci illərdə isə ana dilinin statusu, dövlət dilinə çevrilməsi, işlədilməsi və sevilməsi mövzusunu alim Heydər Əliyevin fəaliyyətində və əsərlərində tapır.
Bu müşahidələri mən Nurlana xanımın yeni kitabını vərəqlərkən hiss etdim. Bu, "Qüdrətli Azərbaycan naminə” (B., Mütərcim, 2019) adlı sanballı topludur. Nəşr xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illiyinə həsr edilib. Bu da təsadüfi görünmür, çünki Nurlana xanımın publisistikasını ardıcıl izləyəndə aşkar görürsən ki, o, öndərin 1969-cu ildən sonrakı fəaliyyətinin ən yaxşı araşdırıcılarından biridir. Kitabın redaktoru, Heydər Əliyev irsinin tədqiqatçısı, akademik Nizami Cəfərov bu həqiqəti tamamilə doğru müşahidə və qeyd etmişdir.
Nurlana xanımın publisist kimi öz üslubu var: öndərin siyasi fəaliyyətinin əsas mərhələlərini o, öz şəxsi xatirələri fonunda təqdim etməyi bacarır. Bu, onun yazdıqlarına inandırıcılıq gətirir. Məsələn, respublikaya rəhbər seçilən öndərin ilk çıxışlarının qeyri-adi uğurunu yada salır. Qeyd edir ki, respublikanın yeni rəhbəri dövlət təhlükəsizliyi orqanlarında işlədiyindən sıravi vətəndaşlar onu nisbətən az tanıyırdılar. Amma yeni rəhbərin seçiləndən bir ay sonra 1969-cu ilin avqust plenumundakı nitqi onu bütün cəmiyyətə tanıtdı. Bu nitq vəziyyəti çəhrayı təsvir etməyə vərdişli olan kommunist ənənələrinə uyğun gəlmirdi, bu ənənələri dağıdırdı. Heydər Əliyev respublikanın iqtisadi, siyasi, mədəni həyatındakı kəskin sosial problemləri açıq şəkildə ortaya qoyub tənqid etdi. Bu, dövrünə görə çox sərt bir tənqid idi və cəmiyyətin bütün təbəqələrində əks-səda verdi. Sadə insanlar həqiqəti bilməyi və eşitməyi xoşlayırlar. Onlar Heydər Əliyevin şəxsində ölkə rəhbərliyinə qeyri-adi bir adamın gəldiyini anladılar. Həm də bu adamı xoşlayıb sevdilər. İlk növbədə, həqiqətpərəstliyinə görə, respublikanın tərəqqisi üçün ürəkdən yandığına görə. Beləcə sadə şəxsi müşahidələr mənalı ümumiləşmələr üçün əsasa çevrilir.
Nurlana xanım Ulu Öndərin siyasi səhnədə ilk addımlarını ölkəmizin əvvəlki rəhbərləri ilə müqayisə edir və onun əsas fərqini ortaya qoyur. Çünkü onun hər addımı Azərbaycanın müstəqilliyi hədəfinə doğru idi. Bu sadə və ən köklü mənası olan bir müşahidədir. Axı tarixin Ümummilli liderin öhdəsinə qoyduğu missiya qeyri-adi, mürəkkəb idi: müstəqil Azərbaycan dövlətini yaratmaq. Tariximizdə Heydər Əliyev epoxasının təyinatı belə idi. Tale ona Azərbaycanın müstəqilliyini hazırlamaq, bərpa etmək, sonra isə onu dönməz etmək vəzifəsi ayırmışdı. Heydər Əliyev 50-ci illərin ortalarından ömrünün sonuna qədər bu missiya ilə məşğul oldu. "Onun bütün ömrü - bu missiyaya doğru yoxuş, yüksəliş idi. O, bu yoxuşu nəfəsini dərmədən qalxdı, həm özünü, həm də doğma xalqını, dövlətini bu missiya üçün hazırladı...”
Bu ağlagəlməz dərəcədə çətin vəzifə idi. XX əsrin sonlarında dünya böyük dövlətlər arasında bölünmüşdü. Müstəqil dövlətlərin yaranması şansı sıfıra bərabər sayılırdı. Sovet rejimi öz qəddarlığı ilə dəfələrlə bəşəriyyəti heyrətdə qoymuşdu. Ona görə sovetlər imperiyasının dağılması heç kəsin ağlına sığmırdı. Belə ağır şəraitdə də Heydər Əliyev vətənin müstəqilliyinin real tarixi vəzifə olduğuna inanırdı. Onun bu inamı vətənin müstəqillik yoluna çıxması üçün misilsiz rol oynadı, xalqı bu yola hazırladı.
Heydər Əliyev irsinə münasibətdə Nurlana xanımı maraqlandıran əsas problem öndərin gələcəyimizin qurucusu olmasıdır. Siyasi yüksəliş illərində Heydər Əliyevin başlıca keyfiyyəti - onun parlaq dövlətçilik bacarığı özünü qabarıq göstərdi. O, öz siyasi planlarını çılpaq, volyuntarist əmrlər şəklində yox, gündəlik, yorulmaz təşkilatçılıq yolu ilə həyata keçirirdi. Ətrafındakı insanlar, cəmiyyət bunu çox vaxt hadisələrin təbii axarı kimi qəbul edirdilər. Əslində isə onun hər bir addımda dəyişikliyinin uzaqgörən məqsədləri var idi və bu məqsədlər həmişə milli dövlətçilik planları ilə bağlı idi.
Müəllifə görə, Ulu Öndərin digər rəhbərlik xüsusiyyəti onun uzaqgörənliyində, siyasi və iradi ardıcıllığında özünü göstərirdi. Uzaq və böyük planlar qurmaq milli liderimizin siyasi rəhbərliyinin mühüm cizgisi idi. Adətən onun siyasi qərarları və gedişləri üç-beş il sonraya yönəlirdi. Ona görə də Heydər Əliyevin qəbul etdiyi qərarların mənası ancaq beş-yeddi il keçdikdən sonra tam sezilə bilərdi. Həm də hamı tərəfindən yox, onun Azərbaycanda yeritdiyi milliləşdirmə siyasətini duyanlar tərəfindən.
Müəllif yazır ki, sovet rəhbəri kimi davranan Heydər Əliyev əməldə bütün qərarlarını Azərbaycanı addım-addım, bütün sahələrdə milliləşdirməyə yönəldirdi. Bu xətt milli ruhlu kadrların aparıcı postlara yerləşdirilməsində və erməni millətindən olan şəxslərin mühüm çoxgəlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz əksini tapırdı. Nurlana xanım çox doğru olaraq 1969-1982-ci illəri müstəqilliyin iqtisadi əsaslarını yaratmaq mərhələsi adlandırır. Bu mürəkkəb vəzifəni Heydər Əliyev cəmi on üç il ərzində həyata keçirdi. Qısa bir vaxtda SSRİ müdafiə sənayesinin Azərbaycanda 11 böyük zavodu tikildi. Bu zavodlar, bir tərəfdən, hərbi sənaye ocaqları olaraq müstəqillik dövrü üçün hava və su kimi vacib idi. Digər tərəfdən, bu zavodlarda keçmiş sovetlərin ən müasir və qabaqcıl texnologiyaları tətbiq olunurdu.
Bu illərdəki sürətli iqtisadi quruculuq xalqımızın azadlığa və müstəqilliyə nail olması yolunda köklü əhəmiyyət daşıyırdı. 70-ci illərdə gedən iqtisadi tərəqqinin, onlarla yeni zavod və fabriklərin tikintisinin bir əhəmiyyəti də Bakı şəhərinin böyüməsi və onun əhalisinin tərkibində azərbaycanlıların tam əksəriyyət təşkil edə bilməsi idi. Güclü iqtisadiyyatı olmayan xalq və dövlət xarici düşmənlərin müqavimətinə tab gətirə bilməzdi. Bunlar müstəqilliyin əsas şərti idi.
Nurlana xanımın bir çox məqaləsindən qırmızı xətt kimi keçən problemlərdən biri də Heydər Əliyevin ana dilimizin inkişafında və indiki işləkliyə çatmasında xidmətidir. O yazır: "Bu gün biz müstəqil dövlətdə yaşayırıq, ona görə gənc nəsil ana dilimizin bir vaxtlar yarıqadağalı bir status daşıdığını təsəvvür edə bilməz. Şəxsən mənim şagird və tələbə olduğum 60-cı illərdə rəsmi yığıncaqlarda ancaq rus dilində danışılırdı. Bu gün bunu təsəvvür etmək çətindir. Lakin ana dilimiz bir vaxtlar öz varlığını yaşatmaq üçün mübarizələr aparırdı. Birinci cəbhə rəhbərin özünün ana dilində danışması idi. İkinci cəbhə isə qanunverici və rəsmi yollarla dilimizin statusunun artırılması xətti idi. Sovet vaxtı hakimiyyət Kommunist Partiyasında idi. Bu partiyanın dili isə rus dili idi. Onun qaydalarına görə bir nəfər də olsun ana dilində sənəd hazırlaya bilməzdi”.
Belə şəraitdə Heydər Əliyev respublikanın birinci şəxsi oldu. Lakin respublikanın birinci şəxsi də tam azad və müstəqil deyildi. Bütün vəzifəli şəxslər kimi, o da Moskvaya tabe idi, hər gün Moskvadakı nəzarətçilərlə ünsiyyətdə olmalı idi. Belə çətin şəraitdə Heydər Əliyev Azərbaycan dilində nitqlər etməyə başladı. Əvvəllər bu nitqləri Azərbaycan rayonlarındakı partiya məclislərində, təsərrüfat yığıncaqlarında edirdi. Nurlana xanım haqlı olaraq qeyd edir ki, rəhbərin ana dilində ilk nitqləri tarixi bir məna kəsb etdi. Onun 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlanan "milliləşmə prosesi mən deyərdim ki, bu nitqlərin təsiri ilə başladı. Həm də ən mühümü odur ki, əyalətdə, xalq kütləsinin içində başladı. İnsanlar rəhbərin gözəl, ana dilində etdiyi ifadəli çıxışlarında, onun dövlətçilik məntiqində, vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında müstəqil dövlətimizin doğma sədalarını eşitdilər”.
Sonralar Ulu Öndər Bakıdakı məclislərdə də ana dilində danışmaq üçün fürsətlər tapdı. Yaradıcılıq ittifaqlarının, xüsusilə Yazıcılar İttifaqının məclislərində parlaq Azərbaycan türkcəsində çıxışlar etməyə başladı. Onun rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratmışdı. Bunun özü də tarixi bir xidmət idi. Yüzlərlə məmurlar, sadə insanlar anlayırdılar ki, Heydər Əliyevin yorulmadan qurub yüksəltdiyi Azərbaycan iqtisadiyyatı özümüzündür və onun dövləti üçündür. Bunu dərk edən, rəhbərə sidqürəklə inanan yüzlərlə məmurlar sonralar Azərbaycanın müstəqilliyini müdafiə etdilər, bu müstəqilliyin memarının yaxın köməkçiləri və silahdaşları oldular.
Heydər Əliyev ana dilimizin dairəsini öz nümunəsi ilə genişləndirməklə yanaşı, digər tərəfdən, rəsmi yolla ana dilinin statusunu qaldırmaq üçün misilsiz xidmətlər göstərmişdir. 1978-ci il Konstitusiyası qəbul olunan zaman orada Azərbaycan dilinin dövlət dili kimi göstərilməsi layihədə yox idi. O zaman təhlükəli bir nəzəriyyə ortaya atılmışdı: iddia olunurdu ki, guya sovet dövlətində yaşayan bütün insanlar vahid bir millətə - sovet xalqına çevriliblər. Bu, milli dillərə və mədəniyyətlərə qarşı yönəlmiş yanlış nəzəriyyə idi. Belə vaxtda Heydər Əliyev Elmlər Akademiyasında böyük alimlərin iştirakı ilə Konstitusiya layihəsinin müzakirəsini təşkil etdi. Onun verdiyi qeyri-rəsmi istiqamət nəticəsində yığıncaq Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi göstərilməsi barədə təklif verdi. Bu təklifi Moskva qulaqardına vura bilmədi.
Nurlana xanımın Ulu Öndər haqqında araşdırmaları fəlsəfəçilikdən, mücərrədlikdən uzaqdır. O, haqlı olaraq deyir ki, Ümummilli liderin məntiqi həmişə dəqiq hədəflərə malikdir, sadədir və həyatidir, ona görə də həmişə qalib gəlirdi. Heydər Əliyevin irsi - milli quruculuq strategiyasıdır, bu irsin aktual mənası dahi rəhbərin praqmatik bir dövlətçi olmasıdır. Ona görə istər siyasi təbliğatda, istər tədris və təhsildə, istərsə də elmi sahədə əsas diqqət bu cəhətlərə yönəlməlidir. Heydər Əliyevin şəxsiyyətindən yeni nəsil əsas bir şeyi - praqmatik milli quruculuq konsepsiyasını öyrənməlidir, öz həyatını xalq, cəmiyyət, milli ideallara xidmət yolu kimi yaşamağı bacarmalıdır. Müəllif çox-çox haqlı olaraq yazır ki, Heydər Əliyev azərbaycançılığının ən aktual tərəfi budur: xalqın sabahını qurmaq, onun daha firavan yaşayışı üçün konkret işlər görmək.
Kitabda Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərinin təsvirini tapmaq olar. Bunların hamısında müəllif bu irsin gələcəyimiz üçün aktual məqamlarını axtarır, tapır və önə çəkir. Ulu Öndərin müstəqillik illərində fəaliyyətindən bəhs edəndə ondan bir istedadlı islahatçı kimi danışır, konkret misallar gətirir və oxucusunu inandırır. Müəllif inamla deyir: Heydər Əliyev həmişə olduğu kimi, müstəqillik dövründə də xalqın tərəqqisinin əsasını onun güclü dövlətində və iqtisadiyyatında görürdü. Qısa bir tarixi vaxtda (1993-2003) nəinki müstəqil dövləti müxtəlif qəsdlərdən qorudu, üstəlik, onu sabitləşdirib möhkəmləndirdi, Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi, dünyəvi, demokratik və hüquqi dövlət qurdu: ölkənin müstəqilliyini təsbit edən 1995-ci il Konstitusiyasını yaratdı, ölkədə liberal bazar iqtisadiyyatına keçid üçün hüquqi bazanı təmin etdi. Bütün bunlara görə müəllif Heydər Əliyevin "XXI əsrin lideri” adlandırır.
Ölkədə keçirilən hüquqi islahatların misilsiz əhəmiyyəti var idi. Qısa bir vaxtda qəbul olunan onlarla qanun, xüsusilə yeni mülki və cinayət qanunvericiliyi yeni rejimin sovet sistemindən əsaslı fərqlərini təyin etdi. Sürətli və prinsipial hüquqi islahatlar yeni, müstəqil və demokratik dövlətin yaradılması prosesini tamamladı. Artıq 1995-96-cı illərdə ölkə yeni bir siyasi yolda idi. Bu yolun bütün məzmunu onun, sözün həqiqi mənasında, milli tərəqqi yolu olması idi. Məhz bu illərdən xalq cəbhəsi siyasəti ilə dağıdılmış iqtisadiyyatımızın və cəmiyyətimizin tərəqqisi başladı.
2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi milli tərəqqi kursunun davamı idi. Bu kursun taleyi məhz siyasi varis problemindən asılı idi. Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması, cənub və şimal qonşuları ilə mürəkkəb münasibətləri Heydər Əliyevin siyasi xəttinin diqqətlə və yaradıcı şəkildə davamını tələb edirdi. Ulu Öndər xarici qonşularla daimi intriqalar və ziddiyyətlər şəraitində diqqətlə ölçülüb-biçilmiş, səbirli və təmkinli siyasət aparırdı. Balaca dövlət üçün bu, həyati bir zərurət idi. Belə siyasəti xalqın maraqları tələb edirdi və tələsik siyasətbazlığın qarşısını alırdı.
Müəllif yazır ki, İlham Əliyevin şəxsində ölkə rəhbərliyinə Qərb tipli yeni idarəçilik texnologiyalarına, siyasi və diplomatik təfəkkürə dərindən bələd olan bir şəxs gəldi. Onun fəaliyyəti ilə qısa bir vaxtda ölkədə siyasi və təsərrüfat qərarlarının qəbul proseduru yenidən quruldu və intensivləşdi. Bu, iqtisadiyyatın idarə olunması effektivliyində özünü aşkar hiss etdirdi. Son on ildə vətənimiz ümumi daxili məhsulun artım tempi cəhətdən bütün MDB dövlətlərini arxada qoydu. Bu, siyasi praqmatizmin real bəhrəsi, iqtisadi idarəçiliyin səviyyəsinin yüksəlməsi demək idi. Real iqtisadi tərəqqi, sosial problemlərin sürətli həlli üçün bu, əsas şərt idi. Ölkənin büdcəsi qonşu ölkələrlə müqayisəyə gəlməz bir sürətlə artır ki, bu da real iqtisadi çiçəklənmənin nəticəsidir.
Nurlana Əliyeva ölkədəki qadın hərəkatının liderlərindən biridir, YAP Qadınlar təşkilatının sədridir. Təsadüfi deyil ki, onun publisistikasında Azərbaycan qadını mövzusu aparıcılardan biridir. Kitabda bu mövzuda məqalələr çoxdur. Onlardan bir çoxu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə və nümunəsinə həsr olunub: "Arzuların reallaşdığı ünvan”, "Qadın hərəkatının önündə”, "Xeyirxahlıq ilahəsi”, "Dövlətimizin çiyindaşı” məqalələri bu sıradandır. Bircə sonuncu məqaləni oxumaq kifayətdir ki, müəllifin Mehriban xanıma inam və məhəbbətinin istisini hiss edəsən. Bu da çox qiymətlidir, çünki publisistikanın təlqin gücünü, sosial səmərəsini çox-çox artırır. Müəllif Mehriban xanımdan danışanda "Olkə-ana ocaqı” bənzətməsni işlədir. Mehriban xanımın xalqımız içində populyarlığını ondakı ana ürəyinin böyüklüyü ilə izah edir, onun siyasi fəaliyyətini sağlam dövlətçiliyin bir hissəsi adlandırır.
Nurlana xanım Prezident İlham Əliyevin islahatçılıq fəaliyyətində Ulu Öndərin quruculuq strategiyasının davamını görür. Son dövrdə bu islahatların miqyasının artdığını, neqativ hallara qarşı mübarizənin sistemli xarakter aldığını təqdir edir, təəssüflə qeyd edir ki, bəzi Qərb dairələri bu uğurlara ikili standartlar prizmasından baxmaqda davam edirlər. Dövlət başçımız da bu riyakarlığa sərrast qiymətlər verir, xaricdə yuva salmış destruktiv qüvvələrin himayə edilməsini yolverilməz sayır.
Kitabda qüdrətli Azərbaycan naminə dövlətimizin müasir, davamlı siyasətinin reallaşmasına əvəzedilməz töhfələr verən Yeni Azərbaycan Partiyasının ölkəmizin uğurlarında misilsiz rolu əminliklə vurğulanır. Həmçinin "Dağlıq Qarabağ həqiqətlərinə fundamental elmi baxış”, "İnsana dəyər verən siyasət”, "Zərif güclülərin tribunası”, "Gələcəyin inkişaf hədəfləri”, "Zamanla mübarizənin qalibi”, "Sıravi vətəndaşın arzuları” məqalələri müasir dünyamızın xoşbəxt gələcəyi naminə özünü həsr edənlərin tarixi fəaliyyəti haqqında bir müəllim-şəxsiyyətin nəsillərə ünvanladığı həqiqətlərdir.

Rəhim ƏLİYEV,
filologiya elmləri doktoru




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM