14 May 2020 01:43
602
İQTİSADİYYAT
A- A+

Sel suları 35 kV-luq hava xətti üçün təhlükə yaradıb


Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir. Quba rayonunda 35 kV-luq "Təngaltı” və "Ulduz- 2” hava veriliş xətləri keçən ərazidə sel sularının artması nəticəsində çay öz vadisindən çıxıb elektrik dayağının fundamentini yumaq təhlükəsi ilə üzləşib.

Operativ olaraq əraziyə cəlb olunan texnikanın köməyi ilə çayın məcrası dəyişdirilib və qəzanın qarşısı alınıb. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal - materal və texnika ayrılıb. Qərb rayonlarında və o cümlədən "Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı idarəsinin ərazisində olan Göyçay və Ağsu rayonu ərazisində də elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Təmir- bərpa işləri davam etdirilir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video