13 May 2020 14:39
1177
Təhsil
A- A+

Təhsil naziri “Microsoft” və “CISCO Systems” şirkətlərinin rəhbərləri ilə innovasiyalara dair müzakirə aparıb


Təhsil naziri Ceyhun Bayramov "Microsoft” korporasiyasının vitse-prezidenti Antoni Salkito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə videokonfrans keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri onlayn platforma olan "Virtual məktəb” layihəsinin uğurlu nəticələri, 900 mindən çox müəllim və şagirdi birləşdirən layihənin genişləndirilməsi, müəllimlərin bu platformanın bütün imkanlarından tam yararlanmaları üçün təlimlərə cəlb edilməsi müzakirə olunub. Eyni zamanda, sözügedən onlayn portala Təhsil Nazirliyinin digər proqram təminatları və xidmətlərinin inteqrasiyası, bununla da virtual tədris məkanında həyata keçirilən bütün əsas prosesləri vahid portaldan izləmək və təhlil etmək imkanları müzakirə mövzusu olub.

Nazir, həmçinin "Cisco Systems” şirkətinin vitse-prezidenti Qay Didrix və şirkətin regional menecerləri ilə videokonfrans keçirib. Tərəflər şirkətlə Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə həyata keçirilən "Connected School” pilot layihəsinin icra vəziyyətini, məktəbin İKT avadanlıqları və təhsil sahəsində tətbiq olunan müasir texnologiyalarla təminatı, təhsil müəssisəsinin şagird, müəllim və inzibati-idarəetmə heyəti üçün təlimlərin təşkili məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Cisco Şəbəkə Akademiyası” yaradılıb. Akademiyada kibertəhlükəsizlik üzrə təlim mərkəzinin fəaliyyət göstərməsi, Mərkəzin avadanlıq və proqram təminatı ilə təmin edilməsi və "Cisco” məzmununun tədris proqramına inteqrasiyası nəzərdə tutulur. Bundan əlavə, innovativ təhsil həlləri və texnologiyaların ölkə təhsil sistemində tətbiqini araşdırmaq, təhsilverənlər üçün ixtisasartırma və əyani tətbiq imkanları yaratmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılan yeni İnnovasiya Mərkəzində "Cisco” şirkətinin də müasir texnologiyaları nümayiş etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video