Alternative content

09:32 03 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları daha bir uğurlu əməliyyat keçiriblər
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları daha bir uğurlu əməliyyat keçiriblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:14 13.05.2020
Paytaxtın Pirallahı rayon sakinlərindən daxil olan çoxsaylı müraciətlər əsasında Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarəyə rayonda qanunla nəzərdə tutulan qaydalar çərçivəsində balıqçılıqla məşğul olan vətəndaşlardan onlara məxsus qayıqların üzərində olan asma mühərriklərin naməlum şəraitdə oğurlandığı barədə müraciətlər edilib. Zərərçəkən şəxslər izahatlarında ümumi dəyəri 40 min manata yaxın olan altı müxtəlif markalı mühərrikin oğurlandığını bildiriblər.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda görülən tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Şirinov tutularaq istintaqa təqdim edilib. O, ifadəsində bu ilin fevralından başlayaraq Gürgan və Zirə qəsəbələrində dəniz kənarında qayıqların mühərriklərini oğurladığını etiraf edib. Ümumilikdə isə Pərviz Şirinov cari ilin fevral-aprel aylarında müxtəlif vaxtlarda üç dəfə qeyd edilən qəsəbələrin dəniz sahilindən qayıqlardan asma mühərriklər oğurladığını bildirib. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşadığı evin yardımçı təsərrüfatına baxış zamanı onun oğurladığı mühərriklər aşkarlanaraq maddi sübut kimi götürülüb və sahiblərinə qaytarılıb. Zərərçəkən şəxslər həyata keçirilən operativ əməliyyat-axtarış tədbirlərinə və oğurlanan mühərriklərin tapılaraq onlara qaytarılmasına görə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Qeyd olunan faktlarla bağlı Su Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazilərdə, həmçinin Xəzər dənizində qanun pozuntusuna yol verən şəxslərə qarşı mübarizə və əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM