Alternative content

21:49 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nazir Sahil Babayev pandemiya dövründə Azərbaycanın məşğulluğa və sosial rifaha dəstək təcrübəsi barədə BƏT-in əməkdaşına müsahibə verib
Nazir Sahil Babayev pandemiya dövründə Azərbaycanın məşğulluğa və sosial rifaha dəstək təcrübəsi barədə BƏT-in əməkdaşına müsahibə verib
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:06 13.05.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev koronavirus pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində Azərbaycanda aparılan işlər barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Təlim Mərkəzinin əməkdaşı Bertrand Momoya video müsahibə verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, müsahibə zamanı nazir pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması istiqamətində aparılan işləri qeyd edib. O, Prezident İlham Əliyevin siyasətinə uyğun olaraq, bu gün ölkəmizdə əhalinin sağlamlığının qorunmasının və məşğulluğun, sosial rifahın dəstəklənməsinin, iqtisadiyyatın stimullaşdırılmasının görülən tədbirlərin əsas istiqamətləri olduğunu vurğulayıb.

Pandemiyanın iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkədə reallaşdırılan tədbirlərdən bəhs edən S.Babayev bu sahəyə 3,5 milyard manatdan çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat vəsait ayrıldığını diqqətə çatdırıb. Nazir 4 istiqamət üzrə həyata keçirilən 12 tədbirin 4,8 milyondan çox vətəndaşı və ya ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etdiyini, pandemiya dövründə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunduğunu deyib. O, eyni zamanda, hər ay əhalinin 23 faizindən və ya 2 milyon 340 min nəfərindən çoxuna sosial ödənişlərin davamlılığının təmin edildiyini bildirib.

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsi əhatə edən birdəfəlik ödəmə proqramı barədə də məlumat verən nazir ödənişli ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılması işlərinin aparıldığını qeyd edib. S.Babayev bu il azı 12 min ailənin özünüməşğulluq proqramı üzrə kiçik müəssisələrinin qurulması, 100 minədək ailənin ərzaq yardımı ilə təminatı, işsizlikdən sığorta ödənişlərinin 20 minədək şəxsi əhatə etməsi üçün aparılan işləri diqqətə çatdırıb.

Müsahibə BƏT-in COVID-19 portalının xüsusi bölməsində yerləşdiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM