Alternative content

05:03 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:17 04.06.2020 BİLDİRİŞ
02:17 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:13 04.06.2020 BİLDİRİŞ
02:12 04.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Kitaba qayıdaq” missiyası bu gün daha aktualdır
“Kitaba qayıdaq” missiyası bu gün daha aktualdır
ANA SƏHİFƏ / Mədəniyyət
02:32 13.05.2020


"Azərkitab”ın onlayn konfransında bu vacib məsələ bir daha xatırladıldı


Mayın 9-da "Azərkitab”ın layihə rəhbəri Sabir Həsənovun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə, Şuşa şəhərinin işğalının 28-ci, 1941-1945-ci illər müharibəsində qələbənin 75 illiyinə həsr edilmiş internet-vizual konfrans keçirildi.

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir dövrdə konfransı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara uyğun, onlayn formatda keçirilməli olduğunu qeyd edən Sabir Həsənov xatırlatdı ki, "Azərkitab” artıq 3 ildir "Kitaba qayıdaq” missiyası ilə fəaliyyət göstərir: "Məqsədimiz mütaliəyə maraq oyatmaq, regionlarda kitab təbliğatı işini inkişaf etdirmək, gənclərimizi savadlı və vətənpərvər ruhda tərbiyələndirmək, onları pis vərdişlərdən çəkindirməkdir. Kitabı mənəvi zənginliyə və elmə yiyələnməyin açarı hesab edən Ümummilli Lider Heydər Əliyev hər bir kəsə, əsasən də gənclərə daim mütaliə etməyi, kitaba bağlı olmağı tövsiyə etmişdir. Xalqımızın böyük oğlu, müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyev elmə, təhsilə, ədəbiyyata, mədəniyyətə çox böyük dəyər verirdi. Bu gün həmin siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elm, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətlərimiz dediklərimə sübutdur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli irsimizə, muğam sənətinə, folklorumuza, tarixi abidələrimizə göstərdiyi diqqət və qayğı isə xalqımızın mədəniyyətini bütün dünyaya tanıtmışdır...”

Konfrans iştirakçıları çıxışlarında qeyd etdilər ki, bugünkü nəsil çox ağır bir imtahan qarşısındadır: bütün dünya pandemiyadan əziyyət çəkir. Yeganə çıxış yolumuz dövlətimiz tərəfindən qəbul olunan bütün qərarlara hörmət etmək, həmrəylik göstərməklə sosial mədəniyyətə sahib olmaqdır.

"Azərkitab”ın fəaliyyətinin ən vacib hissəsi də gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınmasında maarifləndirici təbliğat işlərinin aparılmasıdır. Kollektiv çalışır ki, bu sahədə də öz işlərini xalqımızın sağlamlığı naminə yüksək səviyyədə qursun: "Bəli, ölkəmizin davamlı inkişafı, Azərbaycanın qüdrətli bir dövlət kimi dünyada tanıdılması üçün peşəkar kadrlara, ixtisaslı mütəxəssislərə və sağlam düşüncəli sahibkarlara, o cümlədən savadlı gənclərə çox böyük ehtiyac var. Bütün bunların kökündə isə kitab, elm, mütaliə mədəniyyəti dayanır”.

Son 2 ayda - pandemiya dövründə Azərbaycan Prezidenti tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsi xalqımızın az itki ilə təhlükəsizliyini təmin edib: "...Lakin təəssüfedici məqama da toxunmaq istərdim. Nədənsə bəzi məsuliyyətsiz insanlar Operativ Qərargahın qəbul etdiyi qərarlara əməl etmir. Bunun da nəticəsində ölkəmizdə son günlər virusa yoluxanların sayının artması müşahidə edilir. Ciddi düşünməliyik. Axı dövlətimiz və onun başçısı xalqımızın sağlamlığının hər şeydən vacib olduğunu dəfələrlə bildirib və bütün qabaqlayıcı, profilaktik tədbirlər də buna hesablanıb. Ona görə də bir daha "Azərkitab”ın kollektivi hər kəsi qəbul olunmuş qaydalara əməl etməyə çağırır. Zəruri olmadığı halda evdən çıxmayaq, sağlam qalaq”.

Konfransda ölkəmizin elm, təhsil, mətbuat və incəsənət sahəsində tanınmış ziyalılarından Çingiz Abdullayev, Jalə Əliyeva, Qulu Məhərrəmli, Əflatun Amaşov, Vüqar Rəhimzadə, Rəşad Məcid, Misirxan Həsənov və Azad Şükürov iştirak edirdilər.

Konfransın gündəliyindəki hər üç mövzu ilə bağlı "Azərkitab”ın layihə rəhbərinin məruzəsi və onun ətrafında çıxışlar maraqla dinlənildi. Ümummilli Lider Heydər Əliyevin həyatından maraqlı vidiogörüntülər nümayiş etdirildi. Şairə Nurəngiz Günün "Salamat ol, ağca yol” poemasından parçalar səsləndi. Şuşa şəhərinin işğalından söz açıldı, Böyük Vətən müharibəsində keçmiş sovet xalqlarının faşizm üzərindəki qələbəsindən danışıldı. İki saatdan artıq çəkən konfrans izləyicilərin marağına səbəb oldu.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM