Alternative content

02:33 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:25 01.06.2020 BİLDİRİŞ
02:25 01.06.2020 BİLDİRİŞ
02:24 01.06.2020 ELAN
02:23 01.06.2020 BİLDİRİŞ
02:23 01.06.2020 E L A N
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında 11 məsələyə baxılıb
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında 11 məsələyə baxılıb
ANA SƏHİFƏ / PARLAMENT
22:35 12.05.2020

Mayın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda komitə sədri Musa Quliyev gündəliyə 11 məsələnin daxil edildiyini diqqətə çatdırdı.

Qeyd olundu ki, birinci məsələ "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir (birinci oxunuş). Digər on məsələ isə "Əlillərin hüquqları haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar müxtəlif qanunvericilik aktlarına uyğunlaşdırma xarakterli əlavə və dəyişikliklərdir.

Musa Quliyev bildirdi ki, ünvanlı dövlət sosial yardımı Azərbaycan dövlətinin əhalinin sosial müdafiəsi sahəsində həyata keçirdiyi sosial proqramlardan biridir. 2005-ci ildə "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun qəbul olunub. 2006-cı ildən bu qanun qüvvədədir. Sonra bu qanunda bir sıra əlavə və dəyişikliklər olub. Bu gün qanuna təklif olunan dəyişikliklər ünvanlı dövlət sosial yardımın verilməsi şərtlərinin yumşaldılması və əhatə dairəsinin genişləndirilməsi üçün hüquqi baza yaradır.

Diqqətə çatdırıldı ki, təqdim edilən qanun layihəsində 15 maddəyə 11 dəyişiklik təklif olunur. Dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, ünvanlı sosial yardım alanların dövlət proqramına əlçatanlığı daha da genişlənsin. Digər düzəliş ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması ilə bağlıdır. Dəyişikliyə əsasən 2 illik müddət artıq bir ilə endirilir. Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək. Qeyd edildi ki, qanun layihəsinə əsasən, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünüməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünüməşğulluğa yönləndirilməsi proqnozlaşdırılır.

İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ünvanlı dövlət sosial yardımının verilməsi qaydaları, bu sahədə mövcud vəziyyət barədə məlumat verdi.

Müzakirələr zamanı komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, Rauf Əliyev, İlham Məmmədov, Vüqar Bayramov, Səttar Möhbalıyev, Arzu Nağıyev, Sevinc Hüseynova, Soltan Məmmədov qanun layihəsi barədə fikirlərini açıqladılar. Qeyd edildi ki, təklif olunan düzəlişlər günün tələblərinə cavab verir və əhalinin maddi rifahının daha da yaxşılaşdırılmasına yönəlib. Deputatlar layihə ilə bağlı bir sıra təkliflər səsləndirdilər, bu sahədə bəzi narahatlıq doğuran məsələləri diqqətə çatdırdılar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdi.

Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov da bəzi məsələlər barədə fikirlərini açıqladı.

Müzakirələrin sonunda "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Sonra iclasda aşağıdakı 10 qanun layihəsinə baxıldı:

"Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

"Hərbi qulluqçuların statusu haqqında”, "Dini etiqad azadlığı haqqında”, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Daxili qoşunların statusu haqqında”, "Veteranlar haqqında”, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Torpaq islahatı haqqında”, "Sosial sığorta haqqında”, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında” və "Xidməti və mülki silah haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

"Uşaq hüquqları haqqında”, "Yol hərəkəti haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, "Torpaq bazarı haqqında”, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

"Polis haqqında”, "Avtomobil yolları haqqında”, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, "Dövlət qulluğu haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Psixiatriya yardımı haqqında”, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Dövlət rüsumu haqqında”, "İcra haqqında”, "Gənclər siyasəti haqqında”, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

"Yaşayış minimumu haqqında”, "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, "İnzibati icraat haqqında”, "Ünvanlı dövlət sosial yardımı haqqında”, "Əmək pensiyaları haqqında”, "Sosial müavinətlər haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

"Onkoloji yardım haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Atçılıq haqqında”, "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "Könüllü fəaliyyət haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Təhsil haqqında” və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, "İcbari sığortalar haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, "Mədəniyyət haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu;

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu;

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (birinci oxunuş).

Bildirildi ki, bu qanun layihələri "Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.

Diqqətə çatdırıldı ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin tələblərinə cavab verməklə, bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun qanunvericiliyin formalaşdırılmasına xidmət edir. Həmin qanunla bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilib, o cümlədən "əlil” ifadəsi əvəzinə "əlilliyi olan şəxs”, "əlillik qrupu” ifadəsi əvəzinə "əlillik dərəcəsi”, "qüsur” sözü əvəzinə "pozuntu” sözündən istifadə edilib. Bu da əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.

Qeyd olunanlarla bağlı göstərilən qanun layihələrində texniki və terminoloji baxımdan uyğunlaşdırma xarakterli düzəlişlər edilib.

Gündəlikdəki son məsələ "Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 25 avqust tarixli 285 nömrəli Qərarının ləğv edilməsi ilə bağlı idi. Bildirildi ki, bu məsələ də "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədardır.

Tədbirin sonunda bu qanun layihələri də Milli Məclisin plenar iclasına tövsiyə olundu.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM