Alternative content

20:58 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Bir millət, iki dövlət” şüarı ilə keçirilən onlayn konfransda Ulu Öndərin xilaskarlıq missiyasından danışılıb
“Bir millət, iki dövlət” şüarı ilə keçirilən onlayn konfransda Ulu Öndərin xilaskarlıq missiyasından danışılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:45 12.05.2020
 
Türkiyədəki Səfirliyimiz və Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bir millət, iki dövlət” şüarı ilə "Heydər Əliyev: Türkiyə və Azərbaycan əlaqələri kontekstində” mövzusunda onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-cü ildönümünə həsr olunan konfransda səfir Xəzər İbrahim, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin doqquzuncu Prezidenti, mərhum Süleyman Dəmirəlin baş müşaviri və sabiq Mədəniyyət naziri Namık Kemal Zeybek, Türkiyə Prezident Administrasiyasının Səhiyyə və qida siyasəti şurasının üzvü Necdet Ünüvar iştirak ediblər.

Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi hakimiyyətinin ayrı-ayrı istiqamətləri təhlil olunub. Ulu Öndərin tarixi xilaskarlıq missiyası, o cümlədən Azərbaycanı anarxiya və xaosdan xilas etməsi, ölkəmizin çoxistiqamətli inkişaf yolunun müəyyənləşdirilməsi və əldə olunan nəticələr barədə tamaşaçılara müfəssəl məlumat verilib. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin dəqiq hədəfləri müəyyən edən siyasi kursu sayəsində Azərbaycan böyük inkişaf yolu keçib. Bu siyasət nəticəsində Azərbaycan və Türkiyənin birgə inkişafına nail olunub.

AGAH-ın sədri Təbriz Raufoğlunun aparıcılığı ilə keçirilən konfrans AGAH TV tərəfindən canlı yayılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM