Alternative content

12:12 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib
“Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib
ANA SƏHİFƏ / PARLAMENT
17:47 12.05.2020

Mayın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Bu barədə AZƏRTAC-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəlikdə "Təhsil haqqında” və "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi var. Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanından irəli gələn məsələlərlə əlaqədar hazırlanıb. Həmin Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb və onun nizamnaməsi təsdiq edilib. "Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər də bununla bağlıdır.

"Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər isə "Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması bir xidmət növü kimi müəyyən edildiyindən və həmin xidmətə görə xidmət haqqı tutulduğundan, "Dövlət rüsumu haqqında” Qanunda müvafiq dəyişiklik edilir və xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınmasına görə dövlət rüsumu ləğv edilir.

Onlayn iclasda çıxış edən komitə üzvləri Ceyhun Məmmədov, Şahin Seyidzadə, Etibar Əliyev və İsa Həbibbəyli qanun layihəsinin qəbulunun vacibliyindən danışıblar.

İclasda komitə üzləri Musa Qasımlı, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli və Fatma Yıldırım iştirak edirdilər.

İclasın sonunda gündəlikdəki məsələ yekdilliklə üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM