Alternative content

22:28 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Polis və Daxili Qoşunların əməkdaşlarından ibarət naryad qrupları paytaxtda xidmətlərini davam etdirirlər
Polis və Daxili Qoşunların əməkdaşlarından ibarət naryad qrupları paytaxtda xidmətlərini davam etdirirlər
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:46 12.05.2020

Paytaxtda əhalinin sıx olduğu ictimai yerlərdə, küçə və prospektlərdə polis əməkdaşlarından və Daxili Qoşunların hərbi qulluqçularından ibarət naryad qrupları xidmətlərini davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, avtobus dayanacaqlarında, metronun stansiyalarının girişlərində, bankların və poçt xidmətlərinin qarşısında patrul naryadlarının sayı artırılıb. Həmin ərazilərdə xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların tibbi maskalarının, müvafiq icazə sənədlərinin olub-olmadığını yoxlayır, onlara karantin rejiminə əməl etməyi tövsiyə edirlər.

Naryadların sayının artırılmasının əsas məqsədi pandemiyaya qarşı mübarizə tədbirlərinin vətəndaşlar arasında həyata keçirilməsi, sakinlərin tibbi maskadan istifadə edilməsinə nəzarət olunması, qaydalara riayət etməyən vətəndaşlarla bu istiqamətdə izahedici, profilaktiki söhbətlərin aparılması, SMS icazəsi almadan, müvafiq sənədi olmadan hərəkət edən şəxslərin inzibati məsuliyyətə cəlb edilməsindən ibarətdir.

Polis əməkdaşları vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməməyi, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etməyi və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamağı tələb edirlər.

Müvafiq icazə olmadan şəhərə çıxan şəxslər müəyyənləşdirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Xatırladaq ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilir.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Eyni zamanda, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.

Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması mayın 31-dək uzadılıb.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.

Növbəti mərhələdə sanitar-epidemioloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcək.

COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM