12 May 2020 17:45
1324
PARLAMENT
A- A+

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirilib


Mayın 12-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli müzakirəyə təqdim edilən məsələ barədə məlumat verib. Vurğulanıb ki, "Hərbi qulluqçuların statusu haqqında”, "Dini etiqad azadlığı haqqında”, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Daxili qoşunların statusu haqqında”, "Veteranlar haqqında”, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Torpaq islahatı haqqında”, "Sosial sığorta haqqında”, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında” və "Xidməti və mülki silah haqqında” qanunlara - bütövlükdə 14 sənədə təklif edilən dəyişiklik 2018-ci il 31 may tarixli "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun icrası ilə əlaqədardır.

Bildirilib ki, təklif olunan dəyişikliklər ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olmaqla, bu sahədə mütərəqqi dünya təcrübəsinə əsaslanır. Yuxarıda adı çəkilən Qanuna uyğun olaraq sözügedən sənədlərdə mövcud olan bir sıra terminlər dəqiqləşdirilib.

İclasda çıxış edən komitə üzvləri Sahıb Alıyev, Cavanşir Paşazadə, Anar İsgəndərov, Sevinc Fətəliyeva, Malik Həsənov, Azər Badamov, Ceyhun Məmmədov, İqtisadi və sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev təklif edilən dəyişikliklərin ölkəmizdə əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəldiyini diqqətə çatdırıblar.

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video