Alternative content

21:24 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ombudsman: Ermənistanın insan hüquq və azadlıqlarının qorunmasından danışması gülünc və absurddur
Ombudsman: Ermənistanın insan hüquq və azadlıqlarının qorunmasından danışması gülünc və absurddur
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:43 12.05.2020

Bəşəriyyətin mütərəqqi dəyərlərini mənimsəmək iqtidarında olmayan, adı işğalçı siyasət və dövlət terrorizmi anlayışları ilə assosiasiya olunan Ermənistanın insan hüquq və azadlıqlarının qorunmasından danışması gülünc, absurd və paradoksaldır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva söyləyib.

Ermənistanın ombudsmanının azərbaycanlı həmkarı ilə görüşməyə hazır olması və Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin "ombudsman”ının da iştirak etməli olduğu barədə fikrinə toxunan Səbinə Əliyeva deyib ki, bu açıqlama faktiki olaraq beynəlxalq hüquq normalarına böyük sayğısızlıq, ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin heçə sayılması və separatizmin dəstəklənməsidir: "Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə siyasəti həyata keçirib. Bunun nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, humanitar fəlakətlə üzləşib. Bununla yanaşı, işğalçı ölkə tərəfindən XX əsrin ən dəhşətli faciələrindən biri və bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımı törədilib ki, bu da erməni millətçilərinin xalqımıza qarşı təcavüzkarlıq və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir. Əgər Ermənistanın ombudsmanını insan hüquqlarının müdafiəsi məsələsi maraqlandırırsa, bu faktları xatırlasın, bəhs olunan reallıqlara bir daha nəzər salsın. Bütün dünyaya məlumdur ki, işğal nəticəsində əzəli yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın bütün fundamental hüquqları – yaşamaq, mülkiyyət, təhsil, seçki (bələdiyyə) və s. kobud surətdə pozulub. Ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz fonunda törədilmiş insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının kobud şəkildə pozulmasıdır. Bütün bunlara görə Azərbaycanın torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı təcavüzkar siyasət yeridərək çoxsaylı soyqırımı aktları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş fundamental hüquqları bərpa edilməli, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət mühakiməsinə cəlb olunmalı və cəzalandırılmalıdırlar”.

Ombudsman əlavə edib ki, Ermənistanın müvəkkili insan hüquqlarının müdafiəsi məsələsini müzakirəyə çıxarmaq istəyirsə, əvvəlcə BMT-nin 822, 853, 874 və 884 saylı dörd qətnaməsi dərhal və qeyd-şərtsiz yerinə yetirilməli, təcavüzkar ölkənin silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlılar tarixi yurdlarına qayıtmalıdırlar: "Hər gün bu işğal nəticəsində bütün fundamental hüquqları pozulmuş soydaşlarımız tərəfindən mənə çoxsaylı müraciətlər edilir. Onlar, eyni zamanda, məsələ ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar. Belə olan halda, Ermənistanın ombudsmanının Azərbaycanın tarixi torpaqlarında insan hüquqlarının qorunması məsələsi ilə bağlı müzakirələrdən danışması cəfəngiyat olmaqla yanaşı, bəşəriyyətə qarşı təhqir, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti bir cəhddir”.

Ermənistan ombudsmanının Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin "ombudsman”ının da iştirak etməli olduğu haqqında fikrinə gəlincə, müvəkkil vurğulayıb: "Qondarma "Dağlıq Qarabağ respublikası” işğal və terror məhsulu olan separatçı qurumdur. Onun hüquqi statusu yoxdur, beynəlxalq səviyyədə tanınmır. Ona görə də nə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində, nə də hər hansı bir müzakirədə iştirak etmək hüququna malik deyil. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda bu yaxınlarda təşkil edilmiş "seçki” şousunun iflasa uğraması, Ermənistanın qondarma və separatçı qurumu legitimləşdirmək cəhdlərinin beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməsi işğalçılara, o cümlədən hüquqi məsələləri siyasi manipulyasiya predmetinə çevirərək primitiv metodlarla ucuz şou təşkil edən erməni müvəkkilə dərs olmalıdır”.

Müvəkkil daha sonra deyib: "İşğal faktı aradan qaldırıldıqdan və soydaşlarımızın bütün fundamental hüquqları bərpa edildikdən sonra Ermənistanın ombudsmanı ilə insan hüquqları ilə əlaqədar müzakirələr apara bilərik”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM