12 May 2020 17:42
1227
PARLAMENT
A- A+

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib


Mayın 12-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası açan komitənin sədri Ziyafət Əsgərov gündəliyə 4 qanun layihəsinin daxil edildiyini diqqətə çatdırıb. Bunlar "Hərbi qulluqçuların statusu haqqında”, "Dini etiqad azadlığı haqqında”, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Daxili qoşunların statusu haqqında”, "Veteranlar haqqında”, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, "Torpaq islahatı haqında”, "Sosial sığorta haqqında”, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında” və "Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, həmçinin ”Uşaq hüquqları haqqında”, "Yol hərəkəti haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, "Torpaq bazarı haqqında”, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”, o cümlədən "Onkoloji yardım haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Atçılıq haqqında”, "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "Könüllü fəaliyyət haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Təhsil haqqında” və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, həmçinin "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, "İcbari sığortalar haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, "Mədəniyyət haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələridir.

Komitə sədri qeyd edib ki, hər 4 qanun layihəsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli Qanunun icrası ilə əlaqədar hazırlanmış və uyğunlaşdırma xarakteri daşıyır. Bildirilib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin tələblərinə cavab verməklə, bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun qanunvericiliyin formalaşdırılmasına xidmət edir. Həmin Qanunla bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilmiş, o cümlədən "əlil” ifadəsi əvəzinə "əlilliyi olan şəxs”, "əlillik qrupu” ifadəsi əvəzinə "əlillik dərəcəsi”, "qüsur” sözü əvəzinə "pozuntu” sözündən istifadə edilib. Bu da əlilliklə bağlı dövlət siyasətinin mühüm prinsiplərindən olan əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.

Qeyd olunanlarla bağlı göstərilən qanun layihələrində texniki və terminoloji baxımdan uyğunlaşdırma xarakterli düzəlişlər edilir.

Onlayn iclasda çıxış edən komitə üzvləri Hikmət Məmmədov, Erkin Qədirli, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov və Nizami Səfərov qeyd olunan dəyişiklikləri yüksək qiymətləndiriblər, layihə barədə qeyd və təkliflərini veriblər.

Müzakirələrdən sonra gündəlikdəki 4 qanun layihəsinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Onlayn iclasda komitə üzvləri Aqil Abbas, Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşir oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Elman Məmmədov və Arzu Nağıyev iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video