Alternative content

21:04 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan vətəndaşları ölkəmizə təxliyə üçün Vilnüsdən Riqaya yola salınıblar
Azərbaycan vətəndaşları ölkəmizə təxliyə üçün Vilnüsdən Riqaya yola salınıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:31 11.05.2020

Koronavirus səbəbindən Litvada qalan Azərbaycan vətəndaşları ölkəmizə təxliyə edilmək üçün Vilnüsdən Riqaya yola salınıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Litvadakı səfirliyinin səyləri nəticəsində bu ölkədə qalan vətəndaşlarımızın təxliyə edilməsi üçün Litva hökuməti xüsusi humanitar dəhliz açıb, pandemiya səbəbindən bağlı olan Litva və Latviya sərhədindən maneəsiz keçirilməsi üçün özəl icazə alınıb.

Litvanın Kaunas, Akmene, Klaypeda, Utena və digər şəhərlərindən 43 nəfər vətəndaşımız Vilnüsdən xüsusi avtobuslarla müvafiq qurumların nəzarəti altında Latviyaya yola düşüblər.

Bu vətəndaşlar Riqada qalan digər soydaşlarımızla birlikdə "AirBaltik” aviaşirkətinin xüsusi çarter reysi ilə Bakıya yola düşəcəklər.

Qeyd edək ki, Azərbaycanın Litvadakı səfirliyi karantinin ilk günlərindən burada yaşayan soydaşlarımızla daim əlaqədə olub, onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün müvafiq addımlar atılıb. Maddi çətinliklərlə üzləşən tələbələrimizə yardımlar edilib, tikinti sektorunda muzdla işləyən və koronavirus infeksiyası səbəbindən işini itirən vətəndaşlarımıza hüquqi yardım göstərilib, çalışdıqları şirkətdən maaşlarının alınmasında, yaşayış yeri ilə təmin olunmasında dəstək verilib, xüsusi ehtiyacı olan vətəndaşlarımıza dezinfeksiya maddələri, maska, əlcək və ərzaq yardımı göstərilib.

Bu günədək Litvadan 79 nəfər azərbaycanlı təxliyə edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM