Alternative content

17:39 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyevin göstərişi ilə YAP tərəfindən tikilmiş mənzil Qarabağ müharibəsi əlilinə təqdim olunub
Prezident İlham Əliyevin göstərişi ilə YAP tərəfindən tikilmiş mənzil Qarabağ müharibəsi əlilinə təqdim olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:48 10.05.2020

Yevlax rayon sakini, 1-ci qrup Qarabağ müharibəsi əlili Həsənov Tahir Hüseyn oğlunun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciəti əsasında onun üçün növbədənkənar 2 otaqlı mənzil inşa edilib. Tahir Həsənovun əlil olması nəzərə alınaraq onun evinə rahat giriş-çıxışının təmin edilməsi üçün pandus quraşdırılıb. Həmçinin Qarabağ müharibəsi əlilinin istəyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən mənzilin otaqları, mətbəxi lazımi mebellə təchiz edilib, dizayna uyğun olaraq pərdələr asılıb, həyətyanı sahədə abadlıq işləri görülüb, meyvə və bəzək ağacları əkilib.

AZƏ/RTAC xəbər verir ki, yeni inşa olunmuş mənzil mayın 9-da Tahir Həsənova təqdim edilib.

Göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə dərin təşəkkürünü bildirən Tahir Həsənov 1971-ci ildə Novosibirski Ali hərbi siyasi məktəbini bitirərək, bir neçə ölkədə zabit kimi hərbi xidmət keçib.1984-cü ildə Azərbaycana qayıdıb və xidmətini Naxçıvanda davam etdirib. O, Moskvada Lenin adına Hərbi Siyasi Akademiyanı bitirəndə ulu öndər Heydər Əliyevlə görüşüb və akademiyanı bitirməsi barədə diplomu ona Ümummilli Lider Heydər Əliyev təqdim edib. Ermənistanın Azərbaycana təcavüzü başladığı gündən o, torpaqlarımızın azadlığı uğrunda tabor komandiri kimi döyüşlərə qoşulub, uzun döyüş yolu keçərək briqada komandiri vəzifəsinə qədər yüksəlib. Füzuli rayonunda gedən döyüşlər zamanı ağır yaralanan Tahir Həsənov polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM