Alternative content

22:24 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn aksiyaya start verilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn aksiyaya start verilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:39 10.05.2020

Gənclər və İdman Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə "Heydər Əliyev: XXI əsri görən siyasətçi” adlı gənclərin onlayn aksiyasına start verib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ulu Öndərin Azərbaycan Gənclərinin I və II forumlarında gənclər barədə fikirlərinin videoyazısının, onun gənclərlə görüşləri zamanı çəkilmiş nadir fotoşəkillərin aksiya çərçivəsində ilk dəfə olaraq kütləvi şəkildə gənclər tərəfindən paylaşılması nəzərdə tutulub.

Aksiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu günümüz, müasir problemlərlə bağlı dediyi fikirlər, düşüncələr, kəlamlar, eyni zamanda, Heydər Əliyev ilə bağlı hazırlanmış filmlər gənclər tərəfindən sosial şəbəkələrdə işıqlandırılacaq. Bundan başqa, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin və Bakı Media Mərkəzinin hazırladıqları musiqi, film və videoçarxlardan aksiya çərçivəsində istifadə ediləcək.

Hər bir gənc "Facebook” sosial şəbəkəsində örtük şəklini yeniləməklə, profil şəklinə xüsusi hazırlanmış çərçivəni əlavə etməklə və "Facebook”, "Twitter”, "Instagram”, eləcə də digər sosial şəbəkə profillərində #HeydərƏliyev, #HeydərƏliyev97, #MysGovAz və #GənclərvəİdmanNazirliyi həştəqlərindən istifadə edərək məlumatlar paylaşmaqla aksiyada iştirak edə bilər. Paylaşımlar edilərkən sosial şəbəkə hesabı "açıq” (public) olmalıdır.

Ulu öndər Heydər Əliyevin fikirləri və gələcəyə baxışları foto, video və tvit formatlarında ümumi bazada toplanıb. Həmin bazada fotoşəkilləri https://bit.ly/2WdLtVZ, film və videoları https://bit.ly/2WzjkYl, tvitləri isə https://bit.ly/2yru82J keçidləri vasitəsilə əldə etmək mümkündür.

"Facebook” sosial şəbəkəsində örtük şəklini dəyişmək üçün https://bit.ly/2SLbtG6, profil şəklinə xüsusi hazırlanmış çərçivəni əlavə etmək üçün isə https://bit.ly/3ft5nUk keçidlərindən istifadə etmək lazımdır. Elektron poçt ünvanında aksiyanın imzasının yerləşdirilməsi haqqında təlimat https://bit.ly/2YHaQB2 keçidində təqdim edilib. Əlavə ediləcək imza isə https://bit.ly/3bfqG8H keçidində verilib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM