10 May 2020 13:07
632
SİYASƏT
A- A+

İran saytı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edir

İranın Hamnava.ir saytında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar məqaləyə yayılıb.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur” adlı məqalədə Ümummilli Liderin həyatı və siyasi fəaliyyəti haqqında oxuculara geniş məlumat verilir.

Qeyd edilir ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Məhz onun siyasi fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən ölkəsinə çevrilib. Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycana rəhbərliyə başladıqda, ilk növbədə, atəşkəs rejiminə nail olaraq minlərlə gəncin həyatını xilas etdi. Onun əsasını qoyduğu neft strategiyası nəticəsində Azərbaycana xarici sərməyə axını başladı. Dünyanın ən nüfuzlu şirkətləri Azərbaycan iqtisadiyyatına külli miqdarda sərmayə yatırdılar. Azərbaycan inamlı inkişaf yoluna qədəm qoydu.

Materialda Ulu Öndərin şəxsi keyfiyyətlərinə də toxunulub. Qeyd olunub ki, ictimai-siyasi həyatın bütün sahələrinə dərindən bələd olan Heydər Əliyevin xalq arasında olduqca böyük nüfuzu var idi. Bu gün də Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini uca tutur, hər il onun ad gününü bayram kimi qeyd edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video