09 May 2020 22:49
936
Mədəniyyət
A- A+

Qələbənin 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsi keçirilib

 
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş ən yaxşı mahnı müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyanı əhatə edən pandemiya səbəbindən ölkəmizdəki karantin dövründə, yaşadığımız bu çətin vaxtda bəstəkarlarımız müsabiqədə fəal surətdə iştirak ediblər. Azərbaycanın Xalq artisti, professor Firəngiz Əlizadənin sədrlik etdiyi nüfuzlu münsiflər heyətinin tərkibi bəstəkarlar Cəlal Abbasov, Elnarə Dadaşova, Gövhər Həsənzadə, musiqişünas Həcər Babayeva, həmçinin koordinator Lətifəxanım Əliyevadan ibarət olub. Onlayn rejimdə işləyən münsiflər heyətinin ünvanına 30-a yaxın mahnı göndərilib. Mahnılar müxtəlif yaradıcılıq üslubunda bəstələnsə də, onların hamısında vətənpərvərlik və Qələbəyə inam ruhu əksini tapıb. Xatırladaq ki, mahnıların səs yazısı bəstəkarlar tərəfindən ev şəraitində, öz qüvvələri ilə həyata keçirilib. Ən yaxşı nümunələr solistlər və ifaçılıq kollektivləri tərəfindən səsləndirilərək, geniş dinləyici auditoriyasına təqdim olunacaq.

Müsabiqənin laureatları olan bəstəkarlar Azad Zahid (Qran-Pri), Tural Məmmədli (I yer), İlahə İsrafilova, Lalə Cəfərova (II yer) və Fərid Fətullayev ilə Nərminə Nağıyevadır (III yer).

Azərbaycan Bəstəkarlar İttifaqının fəxri diplomlarına bəstəkarlar Sevinc Əliyeva, Yalçın Məlikov və Ağa Əliyev layiq görülüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video