09 May 2020 16:01
584
İQTİSADİYYAT
A- A+

Bakı metrosunda karantin qaydalarına ciddi əməl olunur

 
Yeni növ koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşaldılması planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı Metropoliteninin fəaliyyətinin mayın 9-dan bərpa edilməsinə dair qərar verib.

AZƏRTACxəbər verir ki, bu gündən fəaliyyətə başlayan Bakı metrosunda iş rejimi Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirilir.

Metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi üçün bütün imkanlar yaradılıb. Metronun girişlərində sərnişinlərin bu qaydalara əməl etmələri üçün polis əməkdaşları tərəfindən yoxlamalar aparılır və qaydaları pozan şəxslərin metrodan istifadəsinə icazə verilmir.

Tibbi maskası olmayan sərnişinlər metronun stansiyalarında fəaliyyət göstərən apteklərə müraciət edə bilərlər. Bakı Metropoliteninin 25 stansiyasının 17-də aptek var və onların da səhər saat 06:00-da fəaliyyətə başlaması təmin olunub. Qalan stansiyalar da səyyar maska satışı həyata keçirilir.

Metro stansiyalarında qatarlar ən optimal qrafik ilə hərəkət edir. Günün pik saatlarında qatarlar arasında interval 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə yarım müəyyənləşdirilib.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti Bəxtiyar Məmmədov bildirib ki, hazırda metronun stansiyalarında sıxlıq müşahidə olunmur. Sosial məsafənin saxlanılması üçün bütün imkanlar yaradılıb, bununla bağlı divarlar və döşəmələrdə işarələr qoyulub və sərnişinlər qaydalara əməl edirlər. Həmçinin metronun bütün stansiyalarının girişlərində məhdudlaşdırıcı istiqamətləndiricilər quraşdırılıb. Sərnişinlər bu dəhlizlər sayəsində məsafəni qoruyaraq metroya daxil olurlar. Bundan əlavə, metronun stansiyaları və qatarlar gün ərzində bir neçə dəfə dezinfeksiya edilir.

"Gələcəkdə metro qatarlarında sərnişinlərin sıxlığının artmaması üçün araşdırmalar aparılır. Yarana biləcək çətin halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüləcək”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video