09 May 2020 15:40
483
SİYASƏT
A- A+

Ukraynanın “Versii” saytı: Heydər Əliyev son dərəcə çətin bir dönəmdə misli görünməmiş fədakarlıq göstərib

 
Ukraynanın "Versii” saytında soydaşımız, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyevin ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrin Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilir. Bildirilir ki, Heydər Əliyev son dərəcə çətin bir dönəmdə misli görünməmiş bir fədakarlıq göstərərək, Azərbaycan xalqını ağır bəlalardan qurtarıb, ölkənin müstəqilliyini qoruyub, saxlayıb. Onun ürəyi milyonlarla azərbaycanlının ürəyi ilə vəhdət içində döyünürdü. Müasir Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, siyasi inkişaf Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Diqqətə çatdırılır ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda həyatın bütün sahələrində dönüş baş verdi. Respublikada ictimai-siyasi sabitlik bərqərar oldu, parçalanma və dövlət çevrilişi təhlükəsi aradan qalxdı. Heydər Əliyevin müstəqil və sabit dövlət quruculuğu istiqamətində atdığı addımlar sayəsində Azərbaycanın milli maraqlarının keşiyində durmağa qadir olan Milli Ordu yaradıldı. O, monolit diaspor təşkilatlarının yaradılmasına böyük diqqət yetirirdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün əlindən gələni əsirgəmirdi.

Müəllif qeyd edir ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu gün Azərbaycanın iqtisadi, siyasi inkişafı, stabilliyi üçün uğurlu və düşünülmüş siyasət yeridir. Bu gün İlham Əliyevin qətiyyətli qərarları ilə Azərbaycan COVID-19 pandemiyası ilə də uğurla mübarizə aparır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video