09 May 2020 15:38
482
SİYASƏT
A- A+

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Misirdə də yad edilib

 
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin Misirin Qalyubiyyə vilayətinin Qanatir şəhərindəki Misir-Azərbaycan Dostluq parkında ucaldılan abidəsini ziyarət edib, önünə əklil qoyaraq Ulu Öndərin əziz xatirəsini yad ediblər.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Misirdəki səfiri Tural Rzayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar məqaləsi Misirin nüfuzlu "Əl-Əhram”, "Əl-Cumhuriyyə”, "Əxbarulyaum”, "Əl-Masyelyoum”, "Qalyubiyyanews” və digər qəzet və portallarında dərc edilib.

Məqalədə ulu öndər Heydər Əliyevin şanlı ömür yolu haqda ətraflı məlumat verilir, müasir Azərbaycanın çiçəklənməsi və uğurlu inkişafının onun adı ilə bağlı olduğu qeyd edilir. Həmçinin Misir oxucularına Heydər Əliyevin dövlət təhlükəsizlik orqanları, Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Baş nazirinin müavini və nəhayət müstəqil Azərbaycanın Prezidenti vəzifəsində çalışdığı müddətdə gördüyü misilsiz xidmətlər barədə ətraflı məlumat verilir, onun dühası və irsinin Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacağı vurğulanır. Qeyd olunur ki, Ulu Öndərin Misir Ərəb Respublikası və ümumiyyətlə ərəb ölkələri ilə Azərbaycan arasında əlaqələrin inkişafında misilsiz xidmətləri var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video