09 May 2020 11:41
488
SİYASƏT
A- A+

Rumıniyanın AGERPRES agentliyi ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə yayıb

 
Rumıniyanın AGERPRES milli xəbər agentliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun müəllifi olduğu məqalədə müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir, Azərbaycanın yeni tarixinin böyük bir dövrünün Ulu Öndərin adı ilə bağlı olduğu qeyd olunur.

Yazıda Sovet İttifaqı dönəmində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövr Azərbaycanda dinamik inkişaf dövrü kimi qiymətləndirilib, ölkə iqtisadiyyatının yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə Azərbaycanda orta ixtisas və ali təhsil müəssisələrinin əhəmiyyətli dərəcədə genişləndirildiyi, həmin illərdə istedadlı gənclərin Moskva, Leninqrad, Kiyev və keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elmi və təhsil müəssisələrinə göndərilməsinin ənənəvi xarakter aldığı bildirilir.

Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Sovet İttifaqının iqtisadi, sosial, və mədəni həyatının ən vacib sahələrinə rəhbərlik etdiyini vurğulayan müəllif Ulu Öndərin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Qorbaçovun apardığı siyasi kursa etiraz olaraq vəzifəsindən istefa verdiyini, 20 Yanvar hadisəsindən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Azərbaycan əhalisinə qarşı törədilmiş bu cinayətlərə sərəncam verən və icra edənlərin dərhal cəzalandırılmasını tələb etdiyini, sovet rəhbərliyinin nümayiş etdirdiyi ikiüzlü siyasətə etiraz olaraq Kommunist Partiyası sıralarını tərk etdiyini tarixi faktlarla qeyd edir.

Yazıda səfir Azərbaycanın müstəqilliyinin bərpasından sonra çətin dövrdən keçdiyini, ölkəmizdə vətəndaş müharibəsinin və separatçılıq meyillərinin baş qaldırdığını, Ermənistanın hərbi təcavüzünə məruz qaldığımızı bildirib. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə isə Azərbaycanın tərəqqi yoluna çıxdığı xüsusi vurğulanır. Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı, ölkədə bütün sahələrdə əsaslı dönüş yarandı.

Qeyd olunur ki, Heydər Əliyevin ömrünün bütünlüklə öz ölkəsinin və xalqının inkişafına, firavanlığına həsr etmiş böyük tarixi lider və siyasi xadim olub, onun Azərbaycanın hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlərin uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına xidmət etdiyi vurğulanır.

Ümummilli Liderin doğum gününün təkcə Azərbaycanda deyil, dünyanın digər ölkələrində də geniş qeyd olunduğu diqqətinə çatdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video