Alternative content

10:25 03 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezidentdən sərt xəbərdarlıq
Prezidentdən sərt xəbərdarlıq
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:44 09.05.2020


İlham Əliyev karantin rejiminin yenidən sərtləşdiriləcəyini, qaydaları pozanlara qarşı daha ağır cəza tədbirlərinin görülə biləcəyini bəyan etdi


Bəşəriyyəti ağır sınaq qarşısında qoyan yeni tip pandemiya səbəbindən aylardır dünya dövlətləri ciddi təşviş içərisindədir. Elmin bu qədər inkişaf etdiyi dövrdə müasir dünya insanı beş aydır koronavirus adlı bəlaya qarşı vaksin tapa bilmir. Yalnız pandemiyaya qarşı qabaqlayıcı tədbirlər görən, iqtisadiyyatını deyil, insan sağlamlığını əsas tutan bəzi ölkələrin bu sınaqdan az itki ilə çıxmaqla bağlı mübarizəsində müsbət dinamika müşahidə olunmaqdadır.


Pandemiyaya qarşı ən mütərəqqi və insansevər təcrübə


Sevindirici haldır ki, Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmiz nəinki milli səviyyədə koronavirusla mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda regional və qlobal miqyasda pandemiyaya qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir, təcrübəsini bölüşür. Pandemiyaya qarşı mübarizədə Azərbaycan 10-dan artıq ölkəyə yardım edib.
Son 2 ayda Prezident İlham Əliyevin təşəbbüsü ilə videokonfrans formatında keçirilən Türk Şurası və Qoşulmama Hərəkatının zirvə görüşlərinin mövzusunun da koronavirusa qarşı mübarizəyə həsr olunması bir daha təsdiq etdi ki, Azərbaycan bu istiqamətdə dünyanı birləşdirir, təcrübəsini istənilən dövlətlə bölüşür. Bununla da ölkəmiz dünyaya nümayiş etdirdi ki, sözü ilə əməli vəhdət təşkil edən etibarlı tərəfdaşdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki vaxtında epidemiyaya qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə virusa yoluxma ilə sağalma arasındakı müsbət dinamika, yəni sağalanların sayının yoluxanların sayından çox olması bunu deməyə əsas verir. Digər dövlətlərdə elan olunmuş sərt karantin rejimi davam etdirildiyi halda ölkəmizdə bəzi qadağaların götürülməsi, karantin rejiminin yumşaldılması da deyilənləri təsdiq edir.


Ölkəmizdə virusun ikinci dalğasının başlama ehtimalı artır


Vətəndaş məsuliyyətsizliyi, sanitar-epidemioloji, tibbi-profilaktik tədbirlərə əməl edilməməsi, elan edilmiş qadağalara məhəl qoyulmaması yenidən arzuolunmaz vəziyyətin yaranmasına səbəb olub. May ayının 31-dək davam etdirilməsi nəzərdə tutulan yumşaldılmış karantin rejimi heç bir həftə keçməmiş xoşagəlməz nəticələrlə, yoluxma sayının artması ilə müşayiət olunur.
Görünən odur ki, məhdudiyyətlərin aradan qaldırılması ilə ölkədə epidemiyanın ikinci dalğasının başlama ehtimalı artır. Çünki koronavirusun yayılması uzunmüddətli prosesdir və bu səbəbdən də mövcud qaydalara riayət olunması, zəruri profilaktik tədbirlərin davam etdirilməsi mütləqdir.
Bu vəziyyət, əlbəttə ki, ilk olaraq ölkə rəhbərliyində ciddi narahatçılıq yaradıb. Çünki dövlət koronavirusla mübarizədə insan sağlamlığını əsas tutaraq əlindən gələni etdiyi halda vətəndaşlarda yaranmış arxayınçılıq, etinasızlıq yalnız məyusluq doğurur.
Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı zamanı Prezident İlham Əliyevin ölkədəki mövcud durumu dəyərləndirərkən söylədiyi fikirlərdən də bəlli oldu ki, dövlət başçısı bu vəziyyətdən çox narahatdır: "Son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur”.
Hər zaman vətəndaşın qayğısına qalan, şad gündə də, dar gündə də onun yanında olan, hətta pandemiya dövründə müstəqillik tarixinin ən böyük maliyyə (3,5 milyard manatdan çox) tutumlu sosial-iqtisadi paketini təqdim edərək işləməyən vətəndaşa aylıq maaşını verən, bütün sahibkarlıq subyektlərini dəstəkləyən dövlət başçısı yenə də xalqın durumundan narahatdır. Ona görə ki, bəzi məsuliyyətsiz vətəndaşların qaydalara əməl etməməsi bütün xalqı yenidən təhlükəyə sürükləyir.
Düzdür, əvvəllər vətəndaşlar koronavirusa görə qorxu hissi keçirirdilər və bu səbəbdən də qaydalara ciddi əməl etməklə yoluxmamağa çalışırdılar. Hazırda isə görünən odur ki, vətəndaşlarda elə bil qorxu hissi azalıb. Sanki insanlarda psixoloji arxayınlıq yaranıb ki, virusun yayılması prosesi sona çatıb. İctimai nəqliyyatda və ayrı-ayrı məkanlarda maska taxılmır, sosial məsafə saxlanılmır. Məhz bu məsuliyyətsizlik dövləti ciddi tədbirlər görməyə, karantin rejimini daha da, yəni əvvəlkindən çox sərtləşdirməyə sövq edir.
Cənab İlham Əliyev də elə bu durumu əsas gətirərək məsuliyyətsiz vətəndaşlara ciddi xəbərdarlıq etdi və karantin rejimini pozanlara qarşı cəzaların daha da sərtləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verdi: "Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək. Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün. Ona görə bu qaydalara hər kəs riayət etməlidir, özü də bundan sonra uzun müddət ərzində”.
Yəni bu dinamika kəskin artarsa, dövlət tərəfindən karantin rejimi əvvəlki vəziyyətinə gətiriləcək və daha da sərtləşdiriləcək, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək.


Mayın 31-dən sonra da karantin rejimi uzadıla bilər


Göründüyü kimi, karantin rejimi əsasən regionlar üçün yumşaldığından yoluxma faktlarının da daha çox bölgələrdə yüksəlməsi müşahidə olunur. Ona görə də dövlət regionlarda yenidən nəzarəti gücləndirə bilər. Hətta bölgələrdə karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil.
Karantin rejiminin müddətinə gəlincə isə, Prezident vurğuladı ki, rejim ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım gəlsə, yenə də uzadılacaq.
Dövlət başçısı bildirdi ki, ölkəmizdə formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir. Ancaq koronavirusun yayılmaması üçün vətəndaşların şəxsi məsuliyyəti mühüm şərtdir. Bu səbəbdən də maska taxmaq, sosial məsafə saxlamaq, tez-tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır. Çünki Azərbaycan dövləti üçün başlıca məsələ vətəndaşların sağlamlığıdır. Ona görə də maarifləndirmə işləri daha geniş vüsət almalıdır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM