Alternative content

02:01 02 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
00:36 02.06.2020 Qədim türk inancları
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İki müharibənin iştirakçısı
İki müharibənin iştirakçısı
ANA SƏHİFƏ / Mədəniyyət
00:37 09.05.2020


Yusifovlar ailəsi hər il 9 May - Qələbə Gününü böyük təntənə ilə qeyd edir. Nəslin fəxri olan qəhrəmanımız Əjdər Yusifov 1941-ci il iyunun 22-də başlanan Böyük Vətən müharibəsindən əvvəl atası Abas Hacıağa oğlu ilə birlikdə Fin müharibəsinin iştirakçısı olub. 1937-ci ildə Əjdər Bakıda Yasamal (keçmiş Oktyabr rayonu) Rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağırılanda ailəli idi, oğlu Arif iki yaşına yenicə qədəm qoymuşdu. Əjdər əsgəri borcunu Gürcüstanda yerinə yetirirdi. Bu zaman o, SSRİ Müdafiə Nazirliyinin əmrinə əsasən Fin müharibəsinə səfərbər olunur. Bundan xəbər tutan atası Abas kişi Gürcüstana gedir, təkidlə könüllü olaraq "...Mən də oğlumla müharibəyə gedəcəyəm, onu tək buraxa bilmərəm”, - deyib cəbhəyə yollanır. Ata və oğul 1938-1939-cu illərdə bir səngərdə finlərə qarşı vuruşurlar.
Böyük Vətən müharibəsi başlayanda ata ilə oğulun yolları ayrılır. Yaşlı olduğu üçün Abas Hacıağa oğlu ordudan tərxis olunaraq Azərbaycana, ailəsinin yanına qayıdır. Əjdər Yusifov isə qəfildən SSRİ-yə hücum edən Hitler ordusuna qarşı döyüşlərə yollanır.
Ukrayna, Belorusiya, Moldaviya və Pribaltika respublikaları faşistlər tərəfindən zəbt edildikdən sonra düşmən "qara qızıl” mənbəyi olan Bakını tutmağa çalışırdı. Həmin ərəfədə Əjdər Yusifov 416-cı milli atıcı diviziyanın əsgəri idi. Xatirələrində yazır: "1942-ci ilin noyabrında Mozdok ətrafında Kopustino kəndində ilk sınaqdan çıxdıq. Ağır döyüşlərdən sonra 1943-cü il yanvarın 30-da Mozdok, onun ardınca Nalqin azad edildi. Həmin ilin yanvar-fevral aylarında Stavropol, Lvov, Rostov əhalisini əsarətdən azad etdik, Taqanroq şəhərinə doğru istiqamət götürdük. 1943-cü ilin avqustunda Taqanroq alman faşistlərindən azad olundu...”
Qarşıda çətin bir döyüş - Berlin əməliyyatı gözlənilirdi. Dəhşətli müharibənin taleyini də həmin əməliyyat müəyyənləşdirməli idi. Rota komandiri Əjdər Yusifovun pulemyotçular dəstəsinə "nəyin bahasına olursa-olsun Kustrin ətrafında yerləşən hərbi düşərgədəki əsirlərin azad olunmasına kömək etmək” tapşırılmışdı. Əvvəlcə piyadaların düşərgəyə maneəsiz hərəkəti təmin edilməli idi. Azərbaycanlı döyüşçü Əjdər özünə əlverişli mövqe seçib almanların əks-hücumunu soyuqqanlılıqla dəf edir... İşğalçılar geri çəkilmək məcburiyyətində qalırlar, əsirlər azad edilir. Lakin düşmən Kustrini əldən vermək istəmirdi. Hər küçə uğrunda şiddətli mübarizə gedirdi. Sovet ordusunun hücumuna tab gətirə bilməyən almanlar geri çəkilir, əsgərlərimizin tikdikləri panton körpülərini dağıdıb məhv edirdilər.
Çayda üzən maşınlardan istifadə etmək lazım gəlir. Diviziyanın çayın o biri sahilinə keçməsi üçün Əjdər minomyotçular və topçularla birlikdə rəhbərlik etdiyi pulemyotçular dəstəsini çayın kənarındakı dağın ətrafında yerləşdirir və onların çayı təhlükəsiz keçməsini təmin edir. Beləliklə, faşist yuvasına doğru gedən yoldakı əsas maneələrdən biri də aradan qaldırılır. Buna görə Ali Baş Komandanın 12 mart 1945-ci il tarixli əmri ilə Əjdər Yusifovun pulemyotçular dəstəsinə təşəkkür elan edilir, komandirə isə 1-ci dərəcəli "Vətən müharibəsi” ordeni verilir.
Ə.Yusifovun Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. Sinəsini 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi”, "Qırmızı Ulduz”, "Qırmızı Bayraq”, "Varşavanın azad edilməsinə görə” ordenləri, "Berlinin azad edilməsinə görə” medalları və s. bəzəyirdi.
1946-cı ilin payızında müharibədən qəhrəman kimi geri dönən Əjdər Yusifov həm də gözəl ailə başçısı olmuşdur. Altı uşaq böyüdüb boya-başa çatdırmışdır. Onların içərisində ali təhsil alanı da var, texnikum bitirəni də. Bu tarixi gün ərəfəsində iki müharibənin iştirakçısı Əjdər Yusifovun qızı Nəzakət xanımla görüşdük. İqtisadçıdır, əmək fəaliyyətinə fəhləlikdən başlayıb, işləyə-işləyə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indi Azərbaycan Dövlət İqtisad Universiteti) Kənd təsərrüfatının planlaşdırılması fakültəsini bitirib. İstehsalatda çalışdığı 60 il ərzində dəfələrlə təşəkkür və fəxri fərmanla mükafatlandırılıb. Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi” medalına layiq görülüb, respublika Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubiley medalı ilə təltif olunub.
Nəzakət xanım atasının döyüş yolundan bəhs edən sənədləri, orden və medalları, fəxri fərman və təşəkkürnamələri, müharibədən sonrakı illərdə cəbhə yoldaşlarından aldığı məktubları və köhnə şəkilləri əziz xatirə kimi qoruyub saxlaya bilmişdir. Söhbət zamanı dedi:
- Atam Fin müharibəsindən başlayaraq 1945-ci il Böyük Vətən müharibəsindəki qələbəyədək böyük döyüş yolu keçib. Arxivini səliqə ilə qoruyub saxlayıram. Bu işlərdə mənə veteranlar təşkilatı yaxından dəstək olub. Mənim üçün əziz olan həm də odur ki, atam evdə - ailədə Ümummilli Lider Heydər Əliyevin müharibə iştirakçılarına, veteranlara qayğısından, dövlət rəhbərinin iştirakı ilə keçirilən görüşlərdən ürəkdolusu danışardı. Heydər Əliyev həqiqətən veteranların dostu və qayğıkeşi olmuşdu, ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanda ilk dəfə olaraq 1994-cü il iyun ayının 28-də "Veteranlar haqqında” qanun imzalamışdı. Həmin sənəddə onların hüquqlarının qorunması, cəmiyyətdə rolu, göstərilən qayğı və s. məsələlər geniş əksini tapmışdır.
Veteranlara qayğı bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısının 24 aprel 2020-ci il tarixli "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncamı ailəmizdə böyük rəğbətlə qarşılanmışdır. Qürur hissi ilə deyə bilərəm ki, veteranların, o cümlədən bizim ailənin də bütün problemləri dövlət orqanları tərəfindən yüksək səviyyədə həll olunur. Veteran ailəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalçılarından azad edilməsi istiqamətində həyata keçirdiyi daxili və xarici siyasəti həmişə dəstəkləyirik. Bu çətin günlərdə Prezidentin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın dünyanı başına götürən koronavirus epidemiyasından qorunması yolunda atdıqları qətiyyətli addımlar bizdə böyük məmnunluq doğurur.
Əjdər Yusifov müharibədən sonra əmək cəbhəsindəki xidmətlərinə görə də çoxlarına nümunə olmuşdur. İki cəbhənin döyüşçüsü üçüncü cəbhədə də ona göstərilən etimadı yüksək səviyyədə doğrultmuşdur. Hansı vəzifədə işləməsindən asılı olmayaraq, vətəndaşlıq və vəzifə borcunu layiqincə yerinə yetirmişdir. 1941-1945-ci illər Böyük Vətən müharibəsi və əmək cəbhəsinin qəhrəmanı kimi şərəfli ad qazanmış Əjdər Yusifov 1992-ci il iyunun 17-də dünyasını dəyişmişdir.

Rəhman SALMANLI,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM