Alternative content

03:00 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:25 01.06.2020 BİLDİRİŞ
02:25 01.06.2020 BİLDİRİŞ
02:24 01.06.2020 ELAN
02:23 01.06.2020 BİLDİRİŞ
02:23 01.06.2020 E L A N
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti onlayn iclası keçirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti onlayn iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
19:28 08.05.2020
 
Mayın 8-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti onlayn iclası keçirilib.

Parlamentdən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Hicran Hüseynova iclası açaraq gündəlik barədə məlumat verib.

Onlayn iclasda vurğulanıb ki, "Uşaq hüquqları haqqında”, "Yol hərəkəti haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, "Torpaq bazarı haqqında”, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, "İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunlarda və 1997-ci il 3 oktyabr tarixli qanunla təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə sənədlər "Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci 31 may tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.

Sənədlərdə edilən dəyişiklikləri şərh edən Hicran Hüseynova qeyd edib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin tələblərinə uyğun olmaqla, bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun qanunvericiliyin formalaşdırılmasına xidmət edir. Həmin Qanunla bu sahədə mövcud olan bir sıra terminlər dəqiqləşdirilib, o cümlədən "əlil” ifadəsi əvəzinə "əlilliyi olan şəxs”, "əlillik qrupu” ifadəsi əvəzinə "əlillik dərəcəsi”, "qüsur” sözü əvəzinə "pozuntu” sözündən istifadə edilib. Bu da əlilliklə bağlı dövlət siyasətinin mühüm prinsiplərindən olan əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, onların şərəf və ləyaqətinin müdafiəsinə yönəlib.

Komitə üzvləri Jalə Əliyeva, Rauf Əliyev, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov, Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə sənədlə bağlı çıxış edərək fikirlərini bildirib, qanunlara təklif olunan texniki və terminoloji baxımdan uyğunlaşdırma xarakterli düzəlişləri razılıqla qarşılayıblar.

Onlayn iclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM