08 May 2020 19:08
1345
Təhsil
A- A+

ADA Universiteti müvəqqəti olaraq onlayn TOEFL və “Duolingo” ingilis dili testi nəticələri ilə sənəd qəbuluna başlayıb

 
Koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar ingilis dili üzrə sertifikat imtahanlarının keçirilməsi təxirə salındığından, ADA Universiteti bakalavr və magistr pillələrinə müraciət prosesini tənzimləmək məqsədilə müvəqqəti olaraq namizədlərin onlayn TOEFL və "Duolingo” ingilis dili testi üzrə nəticələrini qəbul etməyə başlayıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, onlayn TOEFL və "Duolingo” ingilis dili testi vasitəsilə namizədlər olduqları məkanı tərk etmədən imtahanda iştirak edərək sertifikat əldə edə bilərlər.

Qeyd edək ki, ADA Universiteti cari ilin may ayından etibarən onlayn test nəticələrini qəbul etsə də, namizədlər, eyni zamanda, ənənəvi qaydada keçirilən TOEFL, IELTS və PTE imtahan nəticələri ilə bakalavr və magistr pillələrinə müraciət edə bilərlər. Hər iki pillə üzrə müraciət edən namizədlərdən qəbul üçün lazımi imtahan balını toplaması tələb olunur.

ADA Universitetinin rəsmi səhifəsinə keçid etməklə bakalavr və magistr proqramları ilə bağlı daha ətraflı məlumat əldə etmək olar.

Xatırladaq ki, ADA Universiteti bu ildən etibarən ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Kompüter elmləri və Data analitikası üzrə magistr proqramı, Rusiyanın MGIMO Universiteti ilə "Maliyyə” üzrə MBA proqramı təklif edir. Proqramla bağlı müvafiq məlumatları https://bit.ly/2znJTYg və https://bit.ly/3bjZF44 linklərindən əldə etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video