08 May 2020 15:23
967
Elm və texnika
A- A+

“Heydər Əliyev və Azərbaycanın milli inkişaf strategiyası” mövzusunda onlayn elmi konfrans

 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) "Heydər Əliyev və Azərbaycanın milli inkişaf strategiyası” mövzusunda onlayn elmi konfrans keçirib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edib. O, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətləri, onun irsi hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq, Azərbaycan adı yaşadıqca, o da daim xalqımızın yaddaşında, ürəklərdə yaşayacaq. Rektor Urxan Ələkbərov Heydər Əliyevin ölkəmizin uğurlu inkişafı sahəsində əsasını qoyduğu möhtəşəm layihələrin Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirildiyini diqqətə çatdırıb.

Onlayn konfransda Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyasının "Siyasi araşdırmalar institutu”nun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov "Heydər Əliyev irsi və müasirləşən Azərbaycan”, Milli Məclisin deputatı Məzahir Əfəndiyev "Müasir Azərbaycanın beynəlxalq ictimaiyyətə inteqrasiyasının əsası Ulu Öndər tərəfindən qoyulub”, DİA Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov "Heydər Əliyev - Azərbaycanın milli maraqlarını hər zaman uca tutan dahi lider” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışılıb, onun parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlaması, Vətən və xalq qarşısında xidmətləri xatırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video