Alternative content

12:07 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Taleyi dumanlı Şuşa...
Taleyi dumanlı Şuşa...
ANA SƏHİFƏ / Mədəniyyət
00:41 08.05.2020


Azərbaycanımızın hər guşəsi özünün əsrarəngiz təbiəti, səfalı havası, zəngin mədəni irsi ilə özümüzdən çox özgələrinin gözlərini qamaşdırıb, nəfislərinin və tamahlarının qurbanına çevrilib. Şuşa isə bir özgə libasa bürünüb ilin bütün fəsillərində, qonaq-qaralı olub. Bir dəfə Şuşaya yolu düşən bu zirvələr səltənətinə həmişə qanad açıb...
Mədəniyyət, o cümlədən musiqi beşiyi olan Şuşa dünyaya korifey sənətkarlar yetirməyi ilə də tanınıb və sevilib. Bu qədim Azərbaycan şəhərindən kimlər gəlib keçməyib: dost da, düşmən də, səyyah da, musiqişünas da, etnoqraf da... Hər kəs öz qəlbinin gözü ilə bu şəhərə göz yetirib, qiymət verib. Azərbaycan musiqisinin beşiyi, iyirminci yüzilliyin əvvəllərindən "Qafqazın konservatoriyası” adlandırılan Şuşa sözün əsl mənasında könül guşəsi idi. 1925-ci ildə Bakıda Cabbar Qaryağdıoğlunu dinləyən məşhur rus şairi Sergey Yesenin heyranlıqla deyib: "Əbəs yerə demirlər ki, əgər oxumursansa, deməli, şuşalı deyilsən”.
...Şuşa Qarabağın zirvə tacı idi. Onu çirkin niyyətli daşnaklar ələ keçirmək üçün minbir hiyləyə əl atdı, yüz il boyunca tələ qurdu. Təəssüf ki, 1992-ci il may ayının 8-də Şuşa erməni vandallarının əlinə keçdi.
Şuşa Azərbaycana söz və muğam ustaları, mədəniyyət xadimləri, bəstəkarlar, musiqiçilər bəxş edib. Onun işğalı ilə mədəniyyətimizə, bu şəhərlə bağlı zəngin irsimizə ağır zərbə vurulub. Şuşada çoxlu sayda tarixi-mədəni abidələrimiz, mədəniyyət ocaqlarımız məhv edilib. Nə yaxşı ki, o ağır günlərdə Xalça muzeyinin Şuşa filialında saxlanılan 300-ə qədər nadir xalça böyük çətinliklə olsa da, şəhərdən çıxarılaraq Bakıya gətirilib.
Şuşanın 7 uşaq musiqi məktəbi, 1 uşaq incəsənət məktəbi, rəsm qalereyası, 3 mədəniyyət evi, 20 kitabxanası, 2 klubu, 1 mərkəzləşmiş kitabxana sistemi və onun 12 filialı fəaliyyətini davam etdirir. Şuşalı incəsənət ustaları, yaradıcı gənclər Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi bütün festival və müsabiqələrə, həmçinin beynəlxalq mədəni tədbirlərə qatılır. Şuşanın tarixi abidələrini əks etdirən rəsmlərdən ibarət sərgilər təşkil olunur. Şuşa Dövlət Rəsm Qalereyası öz fəaliyyətini davam etdirir. Qalereyada rayonun təbiət mənzərələrinin rəsmləri və tarixi abidələrin işğala qədər olan vəziyyətini əks etdirən fotolar nümayiş olunur.
Şuşa şəhərinin tarixi qədim dövrlərə gedib çıxır. Bildiyimiz kimi, məşhur Şuşa qalasının əsası 1750-ci ildə birinci Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Qalanın tikilməsinin 270 illiyi bu il tamam olur. Pənahəli xan mədəniyyətə, şəhərsalma işlərinə böyük diqqət ayırırmış. Sarayda həmin dövrün tanınmış simaları xidmət göstərib. Ərdəbil şəhərindən Şuşaya gəlmiş memar Kərbəlayi Səfixan Qarabaği buradakı tarixi binaların, yolların salınmasında iştirak edib. Şəhərin küçələri bülöv daşları ilə örtülmüşdü. Burada 17 məhəllə salınmışdı ki, hər birinin öz hamamı, məscidi, bulağı, təndirxanası var idi.
XIX əsrin ikinci yarısından böyük musiqi mərkəzinə çevrilmiş Şuşa öz məlahətli səsləri və böyük sənətləri ilə tanınan Hacı Hüsü, Məşədi İsi, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Segah İslam, Zabul Qasım, Malıbəyli Həmid, Musa Şuşinski, Məcid Behbudov, Mütəllim Mütəllimov kimi məşhur xanəndələr yetirib Azərbaycana. Burada xanəndəlik sənəti ilə bağlı Sadıqcan, Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Qurban Pirimov kimi gözəl tar, kamança ifaçıları da yetişib.
Bütün bunlar hələ hamısı deyil. Şuşa, eyni zamanda bir çox peşəkar bəstəkarların da vətənidir. O, Azərbaycan mədəniyyətinə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Zakir Bağırov, Süleyman Ələsgərov kimi ölməz sənətkarlar bəxş edib.
Ümumiyyətlə, on doqquzuncu yüzillik Şuşada ədəbi mühitin də qızıl dövrü olub: böyük şairə Xurşudbanu Natəvan, rəssam, tarixçi, şair Mir Möhsün Nəvvab, sonralar Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi yazıçı-dramaturqlar da məhz bu şəhərdə yetişib. Bütün bu faktlar bir daha əsas verir deyəsən ki, Şuşa mühitində formalaşan parlaq şəxsiyyətlər Azərbaycan mədəniyyətinin inkişafında öz imzalarını qoyaraq, ona dünya şöhrəti gətiriblər.
Şuşa tarixi tikililəri, memarlıq nümunələri, istirahət mərkəzləri ilə mühüm turizm zonası kimi də məşhur idi. Buradakı kurort və sanatoriyalara dünyanın müxtəlif ölkələrindən turistlər gəlirdi.
...Acı təəssüflə onu da qeyd etməyə məcburuq ki, 1992-ci il may ayının 8-dən Azərbaycanın bu dilbər guşəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 28 ildir Şuşanın dağlarının başını nisgil dolu, qüssə-kədərə bürünmüş duman-çən basıb. Şuşalılar doğma el-obasından didərgin düşərək respublikanın 50-dək şəhər və rayonunda məskunlaşıb.
289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. Şuşanın işğalı zamanı şuşalılar 200-ə yaxın şəhid verib, 150 nəfər isə əlilə çevrilib. Əsir götürülmüş 68 şuşalının taleyi bilinməz qalıb. 552 körpəsi yetim qalan şuşalıların 22 min nəfəri öz yurdundan didərgin düşüb.
Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkən deyilən dik pilləli yol Daşaltı çayına aparır. "Xəzinə qala” mağarası da orada yerləşirdi.
Şuşada ilk tamaşa isə 1848-ci ildə səhnələşdirilib. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun” poeması əsasında Məcnunun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev qoyub.
Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrini sadalamaqla qurtarmaz. Burada təkcə rəsmi qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi, Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Böyükxanımın qəsrləri, "Gəncə darvazaları”, qala divarı və s. var idi. Güllələnmiş heykəllər isə xalqımızın mədəniyyətinə və mənəviyyatına ermənilər tərəfindən vurulan mənəvi zərbə, qiyamətə qalan qisas və göz dağıdır...
BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli qətnaməsi, habelə AŞ PA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı qətnamə və 1690 saylı tövsiyənin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları, o cümlədən Şuşanı azad etmir, dünya birliyi isə hələ də susur...

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM