07 May 2020 19:04
750
Təhsil
A- A+

İyunda Təhsil Nazirliyi 3-6 min şagird arasında onlayn formada qiymətləndirmələr həyata keçirəcək

 
2019-2020-ci il tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında hər hansı qiymətləndirmənin həyata keçirilməsi nəzərdə tutulmur. Yəni şagirdlər və müəllimlər arasında kiçik və ya böyük summativ qiymətləndirmə aparılması planlaşdırılmır. Şagirdlərin illik yekun qiymətləndirmələrinin çıxarılması növbəti sinfə keçirilməsi üçün onların 2019-2020-ci il tədris ilinin birinci yarımili üzrə nəticələri və qiymətləri əsas götürüləcək. Öz nəticələrindən razı olmayan şagirdlər nəticələri yaxşılaşdırmaq istəyirlərsə və ya hər hansı fəndən birinci yarımil üzrə qeyri-kafi qiymət alıblarsa, onlar tədris ili öncəsi məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak edib öz qiymətlərini yaxşılaşdıra bilərlər.

AZƏRTACxəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib.

"Bu dövrdə şagirdlərə məzmunun intensiv şəkildə çatdırılması həyata keçirilir. Bu, həm müəllimlər, həm də Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada teledərslər vasitəsilə icra olunur. Təhsil Nazirliyi teledərslər vasitəsilə bu həftənin sonunadək 1200 dərsin yayımını həyata keçirib. "Virtual məktəb” layihəsinə qoşulmuş şagird və müəllimlərin sayı 900 minə yaxınlaşır. Bu məzmunun mənimsənə səviyyəsini müəyyən etmək məqsədilə iyunda Təhsil Nazirliyi hər bir yaş qrupu üzrə 3 mindən 6 minə qədər şagird arasında onlayn formada ölçmələr, qiymətləndirmələr həyata keçirəcək. Burada məqsəd monitorinqdir. Proqramın mənimsəmə səviyyəsini müəyyən etmək istəyirik ki, növbəti aylarda, o cümlədən yay aylarında şagirdlərə dəstək mexanizmlərini daha uyğun formada təqdim edə bilək. Məqsəd ümumtəhsildə siniflər arasında, məzmun arasında varisliyi təmin etmək, növbəti tədris ilində şagirdləri maksimum şəkildə hazırlıqlı formada qəbul etməkdir”, - deyə Təhsil naziri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video