Alternative content

02:54 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
02:25 01.06.2020 BİLDİRİŞ
02:25 01.06.2020 BİLDİRİŞ
02:24 01.06.2020 ELAN
02:23 01.06.2020 BİLDİRİŞ
02:23 01.06.2020 E L A N
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
18:28 07.05.2020
 
Mayın 7-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitənin sədri Siyavuş Novruzov iclası açaraq gündəlik barədə məlumat verib.

Komitə sədri bildirib ki, gündəliyə əsasən, "Yaşayış minimumu haqqında”, "Qanın və qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, "İnzibati icraat haqqında”, "Ünvanlı dövlət sosial yardımı haqqında”, "Əmək pensiyaları haqqında”, "Sosial müavinətlər haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır.

Layihə barədə danışan Siyavuş Novruzov adları çəkilən sənədlərə təklif olunan düzəlişləri diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliklər redaktə xarakterlidir.

Onlayn iclasda iştirak edən komitə üzvləri Elşən Musayev, Tahir Rzayev, Nizami Cəfərov, Kamran Bayramov, Aqil Məmmədov, Cavid Osmanov, Səbinə Xasayeva, Məzahir Əfəndiyev, Emin Hacıyev, Əliabbas Salahzadə layihə barədə fikirlərini bildirib, dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.

Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Sonra onlayn iclasda cari məsələlər barədə müzakirələr aparılıb. Müzakirələrdə Regional məsələlər komitəsinin növbəti dövr üçün qanunvericilik fəaliyyəti və koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə fəaliyyət məhdudiyyətlərinin vaxtının uzadılması və yumşaldılması çərçivəsində qarşıda dayanan vəzifələr və görülən işlər haqqında komitə üzvləri öz fikirlərini bildiriblər. Deputatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu infeksiyanın yayılmasının qarşısının alınması üçün vaxtında, çevik, operativ və düşünülmüş şəkildə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

Bununla da Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası başa çatıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM