Alternative content

02:13 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
16:10 31.05.2020 Roma Papası Fransiskdən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
17:28 07.05.2020
 
Mayın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev deputatlara iclasın gündəliyi barədə məlumat verib. Qeyd olunub ki, gündəliyə üç məsələ daxil edib.

Onlayn iclasda əvvəlcə "Polis haqqında”, "Avtomobil yolları haqqında”, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, "Dövlət qulluğu haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Psixiatriya yardımı haqqında”, "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, "Narkoloji xidmət və nəzarət haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Dövlət rüsumu haqqında”, "İcra haqqında”, "Gənclər siyasəti haqqında”, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Sonra komitənin onlayn iclasında "Onkoloji yardım haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Atçılıq haqqında”, "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "Könüllü fəaliyyət haqqında”, "Bədən tərbiyəsi və idman haqqında”, "Təhsil haqqında” və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə, eləcə də "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, "İcbarı sığortalar haqqında”, "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Sosial xidmət haqqında”, "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, "Həbs yerlərində saxlanılan hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, "Mədəniyyət haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədə baxılıb.

Bəxtiyar Əliyev bildirib ki, bugünkü gündəliyə daxil edilən hər üç məsələ Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. Qanun layihələri "Əlilliyi olan şəxslərin hüquqları” haqqında 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Sözügedən sənədlərə təklif edilən dəyişikliklər əlilliyi olan şəxslərin reabilitasiyası, tibbi, təhsil, peşə-əmək, psixoloji-pedaqoji problemlərinin həlli ilə bağlı hüquqi tənzimləmə məqsədilə aparılıb.

Komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Anar İsgəndərov, Eldar Quliyev, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Şahin Seyidzadə onlayn iclasda çıxış edərək sənədlərlə bağlı fikirlərini bildiriblər.

İclasın sonunda hər üç qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM