Alternative content

03:41 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
02:25 01.06.2020 BİLDİRİŞ
02:25 01.06.2020 BİLDİRİŞ
02:24 01.06.2020 ELAN
02:23 01.06.2020 BİLDİRİŞ
02:23 01.06.2020 E L A N
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır
Azərbaycan təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır
ANA SƏHİFƏ / PARLAMENT
01:53 06.05.2020


Parlamentin iclasında Qoşulmama Hərəkatının "COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü ölkəmizin növbəti beynəlxalq uğuru kimi dəyərləndirildi


Mayın 5-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda ilk olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlər müzakirə edildi.


Bir sıra məhkəmələrə yeni hakimlər təyin edilir


Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hər üç məsələ ilə bağlı məlumat verdi. Bildirildi ki, Konstitusiyaya və Məhkəmə-Hüquq Şurasının təkliflərinə uyğun olaraq hər üç məsələ Azərbaycan Prezidenti tərəfindən təqdim olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bu məsələlər hakimlərin iştirakı ilə geniş müzakirə edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Əli Hüseynli dedi ki, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanına uyğun olaraq 40-dan artıq normativ akt layihəsi hazırlanıb və əksəriyyəti qəbul edilib.
Bu dövrdə 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri fəaliyyətə başlayıb, hakimlərin sayı 200 vahid artırılıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb.
Diqqətə çatdırıldı ki, hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur. Lakin 9 hakim ştatının yaradılmasına ehtiyac yaranıb. Buna görə də Ali Məhkəməyə apelyasiya məhkəmələrindən hakimlərin təyin olunması təklif olunur. Eyni zamanda Ali Məhkəmədən 4 hakimin Bakı Apelyasiya Məhkəməsinə, bir hakimin isə birinci instansiya məhkəməsinə keçirilməsi təklif edilir. Təkliflərdə birinci instansiya məhkəmələrindən bir neçə hakimin Bakı Apelyasiya Məhkəməsinə irəli çəkilməsi də əksini tapıb. Əli Hüseynli onu da diqqətə çatdırdı ki, bu ilin yanvarından inzibati və kommersiya məhkəmələri yaradılıb. Təqdimata əsasən apelyasiya məhkəmələrindən 3 hakimin kommersiya məhkəmələrinə irəli çəkilməsi təklif edilir.
Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Aydın Mirzəzadə, Vahid Əhmədov münasibət bildirdilər. Qeyd olundu ki, bu təyinatlar məhkəmə-hüquq islahatları çərçivəsində atılan növbəti uğurlu addımdır. Çıxış edənlər yeni təyinatların məhkəmələrin fəaliyyətinin yüksəldilməsində mühüm rol oynayacağını qeyd etdilər.
Müzakirələrin yekununda hər üç məsələ təsdiq olundu.


Ölkəmizin və onun liderinin yüksək nüfuzunun göstəricisi


"Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü bu qlobal pandemiyaya qarşı mübarizədə həmrəylik baxımından çox vacibdir. Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verməsi və Zirvə görüşünə qatılması bir daha ölkəmizin və onun liderinin nüfuzunun çox yüksək olmasının göstəricisidir”.
Bu fikirləri parlamentin Sədri Sahibə Qafarova bildirdi. Azərbaycanın koronavirusa qarşı mübarizədə fəal rol oynadığını, həmçinin qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın böyük önəm daşıdığını qeyd edən Milli Məclisin Sədri vurğuladı ki, bu bəlanın yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması Qoşulmama Hərəkatına üzv olan dövlətlərin də qarşısında duran ən mühüm vəzifələrdən biridir: "Ona görə də möhtərəm Prezidentimizin təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi və görüşün sonunda Bəyannamənin qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsinə daha bir çağırışdır. Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır”.
Sahibə Qafarova qeyd etdi ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına çox uğurla sədrlik edir. Ölkəmiz sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm təşəbbüslər irəli sürür. "Hesab edirəm ki, Təmas Qrupu formatında Zirvə görüşü də bu mənada çox əhəmiyyətlidir”, - deyə Milli Məclisin Sədri bildirdi.
Deputatlardan Fazil Mustafa, Musa Qasımlı, Razi Nurullayev, Sahib Alıyev, Əli Məsimli, komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, Zahid Oruc gündəlik və cari məsələlərlə bağlı fikirlərini bildirdilər.
İclasda "Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında, "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında, "1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolunun təsdiq edilməsi haqqında”, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihələri də təsdiq olundu.
Deputatlar "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə də (üçüncü oxunuş) müsbət münasibət bildirdilər.
İclasda son olaraq "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda müzakirə edildi. Layihələrlə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdilər. Müzakirələr zamanı təklif olunan dəyişikliklər koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin mühüm tərkib hissəsi kimi dəyərləndirildi.
Hər iki qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM