06 May 2020 01:34
1211
Mədəniyyət
A- A+

İsveçdə Azərbaycan mədəniyyətini təbliğ edəcək təşkilat fəaliyyətə başlayıb


İsveçdə Azərbaycan milli geyim və folklor təşkilatı fəaliyyətə başlayıb. AZƏRTAC xəbər verir ki, İsveç krallığının Onge əyalətində yaşayan Azərbaycanlı rəssam Kəmalə Kərimova Yansson bu ölkədə Azərbaycan - İsveç milli geyim və folklor təşkilatı yaradıb.

Kəmalə Kərimova Yanssonun sözlərinə görə, təşkilatın əsas məqsədi Azərbaycanın və İsveçin milli irsinin, zəngin mədəniyyətinin, adət-ənənəsinin, dastan və nağıllarının, milli musiqi-rəqs, mətbəx və el oyunları, habelə geyim və alətlərinin, məişət-el sənətkarlığının müxtəlif sahələrinin öyrənilməsi, yaşadılması və insanlara düzgün şəkildə təqdim edilməsindən ibarətdir. Bildirib ki, yeni təşkilatın formatı adıçəkilən ölkələrin və türkdilli millətlərin mədəniyyətini diqqətdə saxlamaqla yanaşı, digər xalqların da etnik-milli mədəni və folkloru ilə əlaqədar müxtəlif layihələr həyata keçirməyi nəzərdə tutur.

"Çox maraqlı və vacib fikirlərim var. Gələcək layihələrdə insanlar yaşından, milli-dini mənsubiyyətindən, çalışdığı vəzifəsindən asılı olmayaraq özünü, milli kimliyini, mədəniyyətini, ideya-arzularını sərbəst yaradıcılıq vasitəsilə ifadə edə biləcəklər. Bu təşkilatın bir mədəni birlik rəmzini daşıyan ocaq olması üçün çalışıram”, - deyə Kəmalə Kərimova Yansson bildirib.

O, digər təşkilatlarla da birgə olaraq Azərbaycan adına, uğuruna, nüfuzuna layiqli fəaliyyət aparılmasının mümkünlüyünü qeyd edərək deyib: "İnanıram ki, vətənimizi, millətimizi, dövlətimizi uğurlarımız ilə sevindirəcəyik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video